"Rahat" da 59 manat 60 qəpik, "Ballı" da 78 manat
İndi bir çox ticarət obyektləri nəzarətsizlikdən istifadə edərək süni qiymət artımına yol verirlər. Təbii ki, bundan əziyyət çəkən və ziyan görən istehlakçılardır.Bu həm də birmənalı olaraq qanun pozuntusu deməkdir.
Çox təəsüf ki, bu qanun pozuntusuna aidiyyəti orqanlar bəzən göz yumurlar.Məsələn , Yeni Günəşlinin " D " massivində fəaliyyət göstərən " Rahat" marketdə " Verir Greco" zeytun yağı 59 manat 60 qəpiyə, " Ballı " marketdə isə 78 manata satılır. A kişilər, bu qədər də qiymət fərqi olar??? Bəs bu, iqtisadi sabotaj deyil , deyil, nədir? Görünür, " Ballı " marketin arxasında çox güclü bir qüvvə var ! Onlar sahibkara deyir ki, qorxma , baha qiymətə sat, camaatın sözünü kimdir eşidən! Hər halda , istehlakçıların səsini eşidən sağlam qüvvələr tapılar.
Və bir də " Ballı" marketdə belə qanun pozuntuları tez -- tez olur. İnanmırsınız aidiyyəti qurumlar gəlib baxsın. Vaxtı keçmiş qida və ərzaq məhsulları, bəzən də qapqara mal əti satılır. Bilirlər ki, hər gün burda şıdırğı alver gedir, camaat ağına-bozuna baxmadan bu keyfiyyətsiz məhsulları alacaq!
Bir sözlə, " Ballı" marketdə zeytun yağının satışındakı süni qiymət artımının qarşısı tezliklə alınmalıdır.Əks - təqdirdə süni qiymət artımında istehlakçılar çox narazılıq edəcək!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

