adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2026 16:51
48
İDMAN
A- A+

"Neftçi" "Araz-Naxçıvan"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.

Adalet.az xəbər verir ki, “Neftçi” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”ın qonağı olub. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qustavo Klisman dubl edib. Digər qolu isə Draqolyub Saviç vurub. Qonaqların heyətində Rüfət Abbasov avtoqol müəllifi olub.

Paytaxt klubu 27 xalla birinci yerdədir. Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”a 5:1, “Turan Tovuz” “Şamaxı”ya, “Qəbələ” “Şəfa”ya 2:0 hesabı ilə qalib gəlib, “Zirə” isə “İmişli” ilə heç-heçə edib – 2:2.