“Su buxarı soyudularaq maye hala gətirilir və təmiz su əldə olunur”
“Bəşəriyyətin ən böyük problemlərindən biri olan içməli su qıtlığının həlli gözümüzün qabağında, amma çox vaxt ağlımıza gəlməyən bir yerdə gizlənə bilər: havada!2025-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüş Kaliforniya Universitetinin Berkli kampusunun professoru Omar Yaghi bu sahədə inqilabi texnologiyanın inkişafına rəhbərlik edir.Texnologiyanın əsasında metal-üzvi karkaslar (MOF) adlanan qeyri-adi materiallar dayanır. Bu materialların daxilində milyonlarla mikroskopik məsamə var. Onlar havadakı su molekullarını süngər kimi özünə çəkir, daha sonra istiliyin təsiri ilə həmin nəmi buraxır. Su buxarı soyudularaq maye hala gətirilir və təmiz su əldə olunur”.
Adalet.az xəbər verir ki, bunu məşhur telejurnalist İbrahim Nəbioğlu deyib.
Onun sözlərinə görə, ən maraqlısı isə budur ki, bu proses hətta səhraların son dərəcə quru havasında da işləyə bilir:
“Omar Yaghinin yaratdığı Atoco şirkəti artıq gündə 1000 litrə qədər su istehsal etmək üçün nəzərdə tutulmuş avtonom qurğular hazırlayır. Günəş enerjisindən və aşağı temperaturlu istilik mənbələrindən istifadə edə bilən bu sistemlər elektrik və mərkəzləşdirilmiş su şəbəkəsi olmayan bölgələr üçün böyük perspektiv vəd edir. Hələlik 1000 litr göstəricisi kütləvi istifadədə təsdiqlənmiş nəticə deyil, kommersiyalaşdırılması üzərində işlənilən texnologiyanın hədəf gücüdür. Bu kəşf hələ dünya su böhranının tam həlli demək deyil. Ancaq elm bizə mühüm bir həqiqəti göstərir: Bəzən təbiətdə yeni resurs axtarmağa ehtiyac yoxdur. Mövcud resursdan istifadə etməyin yeni yolunu kəşf etmək kifayətdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Noyabr 2026 07:33
Açıq-saçıq şəkillər müqabilində müharibə planlarını sızdırıb - Daha bir “bal tələsi” qalmaqalı
17 Noyabr 2026 07:32
Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
17 Noyabr 2026 07:30
Pasportları alüminium folyoya bükürlər
17 Noyabr 2026 07:18


Bakı -°C

