DİN-dən əməliyyat - Saxlanılanlar var
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə fasiləsiz olaraq davam etdirilir.
Adalet.az xəbər verir ki, Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin daha iki üzvü - 47 yaşlı Elnur Hacıyev və 29 yaşlı Əkbər Kərimov saxlanılıblar. Sonunculara məxsus avtomobil və gizli saxlanc yerindən 24 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən E.Hacıyev və Ə.Kərimov narkotik vasitələri Yardımlı və Binəqədi rayonları ərazisindən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.
Digər Xəbərlər
27 Iyul 2026 17:22
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
27 Iyul 2026 12:56
Laçında 1 ton 200 kq çətənə kolu məhv edildi
27 Iyul 2026 10:45
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı
25 Iyul 2026 16:36
Polis axtarışda olan 106 nəfəri tutdu
22 Iyul 2026 18:00
Hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən gənc saxlanıldı - VİDEO
20 Iyul 2026 10:30
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb
18 Iyul 2026 18:47
1 tondan çox çətənə kolu məhv edildi
16 Iyul 2026 18:10


Bakı -°C

