DİN-dən əməliyyat: Saxlanılanlar var - VİDEO
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib.
DİN-dən Adalet.az-a bildirilib ki, tədbirlər zamanı əməliyyat yolu ilə saxlanılan 8 nəfərdən 5 avtomat, 2 tapança, 1 lüləsi-qundağı kəsilmiş “Toz-8” tüfəngi və 170 ədəd patron aşkarlanıb.
İdarə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Surac Əliyev, Mehman Ağasıyev, Laçın Mustafayev, Emil Əliyev və Məhərrəm Seyidov saxlanılıblar. Həmin şəxslərdən 35 kiloqram marixuana, heroin, eləcə də çəkisi 43 kiloqram olan 228 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Digər Xəbərlər
01 Yanvar 2026 13:03
“Qarpız” yükünün içərisində narkotik keçirməyə cəhd etdilər - VİDEO
30 Dekabr 2025 17:20
Keçmiş iş yerindən 6 min manatlıq oğurluq etdi
30 Dekabr 2025 13:34
Axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb
30 Dekabr 2025 11:57
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi
29 Dekabr 2025 12:54
Bakıda 803 qutu pirotexniki vasitə aşkarlandı - VİDEO
26 Dekabr 2025 13:32
Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı
26 Dekabr 2025 10:04
Dələduzluqda ittiham edilərək işi məhkəmədə olan şəxs yenidən eyni əmələ görə saxlanıldı
25 Dekabr 2025 17:30


Bakı -°C

