DİN: Qanunsuz plastik cərrahlar cəzalandırılacaq -VİDEO
“Bütün hallarda vətəndaş zərərçəkmişə çevrilməməsi üçün müraciət etdiyi ünvanı tanımalıdır. Mən harada müalicə olunuram, məni kim müalicə edir, bunun müalicə etməsi üçün lisenziyası, təhsili varmı kimi suallara vətəndaş cavab tapmalıdır”.
Adalet.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev İTV-nin efirində saxta plastik cərrahlarla bağlı açıqlamasında deyib.
“Bilinməlidir ki, sosial şəbəkədə, internetdə parlaq, cəlbedici görünən reklam, çağırış yalan, çaşdırıcı ola bilər və vətəndaşın təhlükəyə məruz qalmasına səbəb ola bilər. Qənirə Ataşovanın paylaşımından sonra ona xeyli sayda təzyiq və təhdidlər oldu. Təzyilərin araşdırılması DİN-in aidiyyəti baş idarəsində aparıldı. Həmin şəxsləri bir-bir dəvət etdik. Onlar bu paylaşımların dayandırılması üçün Qənirə xanıma müxtəlif formalarda mesajlar yazıb.Bunun araşdırılması davam edir.
Qənaətə gəldik ki, həmin şəxslər bu iddialara cavab vermək əvəzinə, bu iddianı yayan şəxsə qarşı təzyiq etməyi üstün tutublar. Yayılan məlumatın dezinformasiya olmasını sübuta yetirən bircə fakt yoxdur. O həkimlərin biri çıxıb sosial şəbəkədə bu məsələlərə cavab vermədi. Diplomun, sertifikatın yoxdur deyirsə, sertifikat, diplom təqdim et.
DİN-ə daxil olan müraciətləri nəzərdən keçirəndə aydın olur ki, zərərçəkmişlərin çoxunun sonradan susdurulması prosesi var. Zərərçəkmiş müraciətindən imtina edir ki, həkimlə arasındakı anlaşılmazlıq aradan qalxıb.
Bütövlükdə, cəmiyyət olaraq biz hüququn işləyə biləcəyi formada qaydaları tənzim etməliyik. Qanunsuz fəaliyyət göstərirsənsə, cəza təhdidi var.
Dövlətin bu sahədə konkret mövqeyi var. Adiyyəti üzrə tapşırıqlar verilib. Aidiyyəti dövlət qurumları ilə - Səhiyyə Nazirliyi, Baş Prokurorluq, TƏBİB tərəfindən ciddi tərdbirlərin görülməsi üçün işlər davam etdirilir. Bu əməllə məşğul olanlar, məşğul olmaq arzusunda olanlar diqqətli olsunlar, cəzalanmalar olacaq", - deyə E.Hacıyev qeyd edib.
O, vətəndaşlardan sosial şəbəkələrdəki reklamlarla bağlı diqqətli olmalarını istəyib.
Digər Xəbərlər
20 Yanvar 2026 00:00
20 Yanvar faciəsindən 36 il ötür
19 Yanvar 2026 23:38
Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi - FOTO
19 Yanvar 2026 17:29
“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub - FOTO
19 Yanvar 2026 17:27
Aytəkin Cəfərova yeni quruma keçdi
19 Yanvar 2026 17:14
"Qarabağ"ın oyunu ilə bağlı Bakı metropolitenində iş saatı uzadılacaq
19 Yanvar 2026 16:59
Bakı metrosundan istifadə edənlərin sayı azalıb
19 Yanvar 2026 16:36
Məmurun əri videosuna görə üzr istədi
19 Yanvar 2026 16:04


Bakı -°C

