DYP əhaliyə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət ünvanlayıb.
Bu barədə Adalet.az-a idarədən məlumat verilib.
Bildirilib ki, avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə BDYPİ aidiyyəti qurumlarla birgə növbəti dəfə “Təmiz hava” aylığına start verib.
Preventiv əhəmiyyət kəsb edən sözügedən tədbirin əsas hədəfi təkcə atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması deyil. Həm də sürücülərlə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasıdır.
“BDYPİ cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırır”, - deyə müraciətdə vurğulanıb.
Digər Xəbərlər
21 Oktyabr 2026 12:06
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
21 Oktyabr 2026 10:48
Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatdı - VİDEO
20 Oktyabr 2026 18:03
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı - FOTOLAR
20 Oktyabr 2026 17:45
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20 Oktyabr 2026 17:12
Bu yolda hərəkət məhdudlaşdırılacaq
20 Oktyabr 2026 16:21
Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - VİDEO
20 Oktyabr 2026 16:19
"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
20 Oktyabr 2026 16:17


Bakı -°C

