XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı
Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları, hökumət rəsmiləri, ədəbiyyat, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, xarici qonaqlar və çoxsaylı kitabsevərlər iştirak ediblər.
Çıxış edənlər sərginin mütaliə mədəniyyətinin formalaşmasındakı rolunu və uşaqların rəqəmsal asılılıqdan uzaqlaşaraq kitaba yönəlməsinin vacibliyini vurğulayıblar.
Builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı altında təşkil olunub. Oktyabrın 27-nə qədər davam edəcək sərgidə yerli nəşriyyatlarla yanaşı, onlarla xarici ölkədən olan polifrafiya müəssisələri və yazarlar iştirak edir. Festival çərçivəsində tanınmış yazıçıların imza günləri, uşaqlar üçün ustad dərsləri, rəngli təqdimatlar və panel müzakirələri təşkil olunacaq.
Qeyd edək ki, sərgi müddətində ziyarətçilərin Bakı Ekspo Mərkəzinə rahat gediş-gəlişini təmin etmək üçün metronun “Koroğlu” stansiyasından xüsusi avtobuslar fəaliyyət göstərir. Giriş pulsuzdur.
Digər Xəbərlər
13 Noyabr 2026 16:51
"Onlara daha tez pensiya verməlidirlər, 55 yaşında adam balet oynayar?" - Fərhad Bədəlbəyli
12 Noyabr 2026 10:47
Nakam ömürlü “Səkinə ana”
10 Noyabr 2026 17:02
Aktyor Aslan Fətullayev vəfat etdi
10 Noyabr 2026 09:28
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
08 Noyabr 2026 11:33
Alyona Əliyeva "LAC" tamaşasını izlədi - FOTOLAR
07 Noyabr 2026 17:59
Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
06 Noyabr 2026 11:12
Türkiyəyə ABŞ-dən qaytarılan 100 mədəniyyət nümunəsi təqdim olundu - FOTOLAR
04 Noyabr 2026 22:32


Bakı -°C

