adalet.az header logo
  • Bakı -°C
21 Oktyabr 2026 11:33
69
SİYASƏT
A- A+

"Qlobal dünyada, həyatımızda çox ciddi dəyişikliklər baş verir" - Vitse-spiker

"Aydın şəkildə müşahidə olunmaqdadır ki, qlobal dünyada, həyatımızda çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər bütövlükdə bəşəriyyətin əhəmiyyətli keçid məqamlarını özündə əks etdirir. Güman edirəm ki, bunun birincisi olaraq texnoloji keçidi qeyd etməliyik. Həyatımızın bütün sahələrində bu keçid özünü göstərməkdədir. Eyni zamanda Azərbaycanda da texnoloji keçid, rəqəmsal inkişaf, robotlaşma, süni intellekt geniş tətbiq olunmağa başlayıb və insanların gələcək həyatı bu keçidlə bilavasitə əlaqədar olacaq".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı MM sədrinin birinci müavini Əli Əhmədov deyib.

Vitse-spiker bildirib ki, regionaların inkişafı, regional idaretmənin təkmilləşdirilməsi və digər məsələlər bütövlükdə iqtisadi inkişafın, insanların rifahının yaxşılaşdırılmasının mühüm istiqamətlərindən birini təşkil edir:

"Bu  gün həyata keçirilən siyasətimizin mərkəzində duran məsələlər içərisində regional inkişaf əhəmiyyətli yer tutur".