"Dolların alıcılıq qabiliyyətinin düşəcəyi gözlənildiyindən..." - Deputat
"Büdcə tam dayanıqlı və realdır. Nəzərdə tutulan xərclərin maliyyələşməsini təmin etmək üçün bütün imkanlar mövcud olacaq. Beynəlxalq arenada ciddi maliyyə riskləri baş verməsə, inanıram ki, gələn ilin ikinci yarısında bu büdcənin artırılması istiqamətində toplana bilərik".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Heydər Əsədov deyib. O bildirib ki, cəmiyyət büdcədən çox şeylər gözləyir:
"Dövlət daim bu gözləntilərə çox həssas yanaşıb, cəmiyyəti maraqlandıran ən əsas məsələlərin həllinə nail olub. Demək olar ki, gözləntilər sonsuzdur, amma imkanlar isə məhduddur. Bilməliyik ki, büdcə gəlirlərinin, vergi dərəcələrinin əsassız artırılması və yaxud iqtisadiyyatın vergi yükünün artırılması özü ilə bərabər növbəti illərdə iqtisadiyyatın daralmasına, iqtisadi aktivliyin sönməsinə, iş yerlərinin ixtisarına və s. arzuolunmaz hallara gətirib çıxara bilər. Eləcə də əsassız xərclərin artırılması bura aiddir. Əsassız xərclərin artırılması kapital bazarına, geniş pul kütləsinə, dövriyyəsinə çox ciddi təsir göstərməklə əsassız inflyasiya təzyiqi yaradır".
Deputat qeyd edib ki, yaxın və orta müddətdə dolların alıcılıq qabiliyyətinin düşəcəyi gözlənildiyindən, prioritet layihələrin maliyyələşdirilməsi üçün dövlət borcunun həcminin artırılmasına ehtiyac var: "Dövlətin iqtisadi strategiya sənədlərində bu borcun 10 milayrda qədər artırılması nəzərdə tutulub. Bizdə isə hazırda 5 milyarddan çox təşkil edir".
Digər Xəbərlər
25 Yanvar 2026 08:58
Yeni epidemiya qapıda: Hindistanda sağalmaz virus yayılır
24 Yanvar 2026 11:20
Azərbaycan nefti bahalaşdı
23 Yanvar 2026 16:52
Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırıldı
23 Yanvar 2026 13:50
“Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi...”
23 Yanvar 2026 12:54
Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı yeni qayda
23 Yanvar 2026 12:46
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23 Yanvar 2026 12:44
"Söhbət artımdan yox, kompensasiyadan gedir" - Əli Məsimli
23 Yanvar 2026 12:38


Bakı -°C

