Dövlət başçısı ölkə üzrə qazlaşmanın səviyyəsini açıqladı
"Əgər biz azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir".
Adalet.az xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev deyib.
"Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir", - dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
25 May 2026 17:00
Putin Azərbaycan xalqını təbrik etdi
25 May 2026 16:33
"Kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq bizi düşündürür" - Dövlət başçısı
25 May 2026 16:23
Prezident tapşırıq verdi - Azərbaycan 100 faiz özünü təmin etməlidir
25 May 2026 16:22
"Hökumətə tapşırıram ki, vəsait tapılsın və..." - Dövlət başçısı
25 May 2026 16:21
"Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır" - İlham Əliyev
25 May 2026 16:20
"Kəndlə şəhər arasındakı fərqlər azaldılmalıdır" - Prezident
25 May 2026 16:19
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
25 May 2026 16:18


Bakı -°C

