Dövlət Komitəsi minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlayır
Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını mina ilə çirkləndirməsi həmin ərazilərin Yer kürəsinin minalarla ən çox çirklənmiş ərazilərindən biri edib.
Adalet.az xəbər verir ki, bu ərazilərdə hələ də partlamamış hərbi sursatlar qalmaqdadır. Minaların basdırıldığı dəqiq mina xəritələrini verməkdən boyun qaçırmaqla Ermənistan insan hüquqlarının pozulması ilə yanaşı, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdış prosesinə də mane olur.
İşğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 2020-ci ildən indiyədək həlak olanların və yaralananların sayı 400-ə yaxındır, onların arasında 30 ildir doğma yurduna qayıdışı səbirsizliklə gözləyən məcburi köçkünlər də var.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mina və digər partlayıcı sursatlardan qorunmaqla daim məlumatlandırma, maarifləndirmə tədbirləri həyata keçirir, sosial şəbəkə hesablarında paylaşımlar edir, həmçinin minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarxlar hazırlayır. Bu mövzuda növbəti videoçarxı təqdim edirik.
Digər Xəbərlər
20 Sentyabr 2026 18:05
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
20 Sentyabr 2026 15:15
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
20 Sentyabr 2026 13:59
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
20 Sentyabr 2026 12:57
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
20 Sentyabr 2026 10:02
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 Sentyabr 2026 10:01
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşıldı
20 Sentyabr 2026 09:15
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür
20 Sentyabr 2026 09:12


Bakı -°C

