Dövlət Komitəsindən mina təhlükəsinə həsr olunmuş yeni maarifləndirici videoçarx
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi dövlətin əsas prioritetlərindən biri kimi müəyyən edilib.
Adalet.az xəbər verir ki, bu istiqamətdə görülən işlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursat təhlükəsi hələ də mövcudluğunu saxlayır.
Təhlükənin aradan qaldırılması məqsədilə ərazilərdə genişmiqyaslı təmizləmə tədbirləri aparılır, paralel olaraq əhalinin maarifləndirilməsi davam etdirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirdiyi maarifləndirmə və təbliğat işlərinin tərkib hissəsi olan növbəti videoçarx əhalini mina təhlükəsinə qarşı ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə hazırlanan videoçarx işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinə dair ictimai məlumatlılığın artırılmasına xidmət edir.
Digər Xəbərlər
16 Dekabr 2025 15:03
Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
16 Dekabr 2025 14:23
“Toy mərasimlərimiz bütün sifətləri ilə biabırçılıqdır...” - Sosioloq
16 Dekabr 2025 13:06
Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilir
16 Dekabr 2025 12:56
Bu şəxslərə daha çox məzuniyyət veriləcək
16 Dekabr 2025 12:34
Dövlət qulluğuna xitam verilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 12:22
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
16 Dekabr 2025 12:21
Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyənləşir
16 Dekabr 2025 12:03


Bakı -°C

