Dövlət qulluqçularının rotasiya qaydası dəyişir
Dövlət qulluqçularının rotasiyası (dövlət qulluqçusunun başqa vəzifəyə keçirilməsi) ilə bağlı qaydalar dəyişir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçirilir.
Rotasiya dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, onun inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizənin artırılması məqsədi daşıyır.
Müvafiq inzibati vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmur. Həmçinin dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilmir.
1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
09 Noyabr 2026 11:21
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
09 Noyabr 2026 09:00
Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi - FOTO
09 Noyabr 2026 00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
08 Noyabr 2026 21:04


Bakı -°C

