“DRAKON” HƏBS OLUNDU – Tanınmış aktyor 5 il əvvəlki insidentə görə cəzalandırılıb
Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.
Adalet.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün onu Cinayət Məcəlləsinin 221.3-cü ((Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
R.Rzayevin vəkili Səlahəddin Cəfərov “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Bu cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.
Vəkil məhkəmənin qərarını əsassız və ədalətsiz adlandırıb. “Bu qərardan yüksək instansiya məhkəməsinə şikayət edəcəyik”, - S.Cəfərov əlavə edib.

Xatırladaq ki, Rza Rzayev 175 saylı tam orta məktəbin direktoru Tural Mirzəliyevi döyməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvar ayının 29-da 220-saylı məktəb-liseydə baş verib.
Belə ki, təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.
Rza Rzayev barəsində Nizami rayon Polis İdarəsində cinayət işi başlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.
Digər Xəbərlər
19 Dekabr 2025 19:04
Kamran Əsədovla bağlı QƏRAR VERİLDİ
18 Dekabr 2025 13:29
Prokuror Ruben Vardanyana ömürlük həbs istədi
16 Dekabr 2025 19:27
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
16 Dekabr 2025 12:05
Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi
15 Dekabr 2025 14:18
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sədr təyin edildi
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31


Bakı -°C

