adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Dekabr 2021 11:19
1027
HADİSƏ

DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilir 

Helikopter qəzasında həlak olan hərbi qulluqçulardan biri, DSX-nin zabiti, şəhid baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonun Şərq kəndinə gətirilib.

Trend-in yerli bürosunun məlumatına görə, şəhidin cənazəsi izdihamla qarşılanıb. Kənd meydanında cənazə namazı qılınıb.

Şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.