DSX zabitinə hücum edən idmançılar barədə qərar verildi - YENİLƏNİB
Məhkəmə Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar Musa Əhmədov və Elçin Hüseynov barədə qərar verib.
Adalet.az xəbər verir ki, "Report"un məlumatına görə, Xətai rayon Məhkəməsində keçirilən prosesdə onların həbs müddətinin iyunun 5-dək uzadılması ilə bağlı qərar verilib.
***
16:05
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançı Elnur Həmidov barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Adaet.az Report-a istinadən xəbər verir ki, bu barədə qərar Xətai rayon Məhkəməsində verilib.
Qərara əsasən, onun həbs müddəti iyunun 5-nə-dək uzadılıb.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.
Məlumata görə, idmançılar - Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. İnsidentdən sonra sözügedən şəxslər saxlanılıblar.
Məlum olub ki, onları bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.
Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İdmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.
Digər Xəbərlər
19 Dekabr 2025 19:04
Kamran Əsədovla bağlı QƏRAR VERİLDİ
18 Dekabr 2025 13:29
Prokuror Ruben Vardanyana ömürlük həbs istədi
16 Dekabr 2025 19:27
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
16 Dekabr 2025 12:05
Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi
15 Dekabr 2025 14:18
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sədr təyin edildi
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31


Bakı -°C

