07 Mart 2025 10:45
318
MƏMLƏKƏT

Dünya "Orli qatili", ermənilər isə "qəhrəman" dediyi  ASALA-lı Varujan Karapetyan

42 il əvvəl -15 iyul 1983-cü ildə ASALA terror təşkilatı Parisin Orli beynəlxalq hava limanında terror həyata keçirdi. Terror aktı nəticəsində 4-ü fransız, 2-si türk, 1-i amerikalı və 1-i isveçli olmaqla, 8 nəfər həlak olmuş və 61 nəfər yaralanmışdı. Partlayışdan dərhal sonra fransız polisi ASALA ilə əlaqəli olan 51 nəfəri həbs etdi, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirildi və 6 nəfərə terror aktının təşkili ilə əlagədar ittiham irəli sürüldü.

Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da vardı. Karapetyan oz günahını boynuna alaraq istintaqa verdiyi ifadələrdə bildirdi ki, içində bomba olan çemodan hava limanında Türk hava yollarının kassasının qarşısında yox, təyyarənin içində təyyarə göydə olarkən partlamalı imiş. Lakin terrorçuların planı baş tutmayıb və bomba vaxtından əvvəl partlayıb.

Bu gün türkə, türklüyə, ümumiyyətlə insanlığa nifrət edən Varujan Karapetyanın ad günüdür. Doğumunu lənətlə xatırlatdığımız həmin bu Karapetyan insanlığa qarşı etdiyi terror hadisəsi ilə erməni kimi xəstə və dar dünya görüşlü toplumun qəhrəmanına çevrilib.

O, 1954-cü ilin 7 martında də Suriyanın Qamışlı şəhərində erməni ailəsində dünyaya gəlir və gözünü dünyaya açandan evlərindəki “erməni nağılları” seriyasından olan qondarma “erməni soyqırımı”, “böyük Ermənistan”, qədim erməni irsi kimi mənasız ideologiyaya inanaraq türklərə qarşı hədsiz bir nifrətlə böyüyür. Böyüdükcə hissləri əməli işə çevrilir. Orli hava limanındakı o terror hadisəsi isə o əməli işlərdən biri idi.
Amma bilirsiniz ki, Fransa ermənilərin , xüsusən, terrorçu ermənilərin ən böyük dayağı, himayədarıdır. Bu səbəbdən 8 nəfəri öldürən, 60-dan çox insanı yaralayan Varujan güllələnmək əvəzinə 1985-ci ilin 3 mart tarixində haqqında ona ömürlük həbs hökmü çıxarılır.

Yeri gəlmişkən, Karapetyan öz ifadələrində bildirdi ki, bombanın hazırlanmasında Türkiyə vətəndaşı olan erməni Ovanes Semerçi də iştrak edir. Həbs olunan ASALA üzvləri ilə yanaşı polis Türkiyə vətəndaşı olan milliyətcə erməni Nair Soneri də həbs edilir. Nair Soner elektron cihazlar üzrə mütəxəssis olduğuna görə terrorçular bombanın hazırlanmasında onun da köməyindən yararlanırlar. Buna görə Nair Soner 15 il, Ovanes Semerçi isə 10 il azadlıqdan məhrum olma cəzasına layiq görülür. 

Məhkəmə prosesi zamanı Karapetyan istintaqa verdiyi ifadələrdən imtina edir və digər ittiham olunanlarla birgə terror aktında iştirakını boynuna almasa da,  ömürlük həbsi həyata keçirilir. Məhkəmə hökmün bu dərəcədə yumşaq olmasını işdə "bəraət qazandırıcı" faktların olması ilə izah edir.
  Amma 17 ilini həbsxanada keçirən Karapetyan 2001-ci ildə, həbsxanadan Ermənistana sürgün edilməsi şərti ilə, Fransa dövləti tərəfindən azadlığa buraxılır.

2001-də Fransadan köçən Karapetyan Ermənistanda ən yüksək səviyyədə — ölkənin baş naziri Andranik Markaryan tərəfindən qarşılanır. İrəvanın bələdiyyə başçısı Robert Nazaryan isə Karapetyanın iş və evlə təmin ediləcəyinə söz verir və 
Dilican şəhərində yaşayan Karapetyan sərnişindaşıma sahəsində çalışan şirkətin sahibi olur.
 İndi Azərbaycan xalqını və dövlətini təhqir əlaməti olaraq,  ayaqqabısını bayrağmızla silən erməni zabit Qurgen Markaryanı öldürən Ramil Səfərovun Macarıstan həbsxanasından Azərbaycana köçürülməsini, burada yüksək səviyyədə qarşılanmasını həzm edə bilməyən ermənilər bu təcrübəyə hələ 24 il əvvəl malik idilər. Onları yandıran isə Səfərovun həbsxanada az qalması, ( Səfərov hadisəni 2004-də törətmiş, 2006-da ömürlük həbs edilmiş, 2012-ci ildə Azərbaycana verilmişdi. Varujandan 11 il sonra )   Varujanın isə həbsdə  17 il qalması erməniləri  bərk dilxor edirdi. Anlamırlar ki, 8 günahsız insanın ölümü ilə, bir günahkarın ölümü eyni hesab deyil.

(Ermənilərin paylaşdığı foto)

Uzun sözün qısası, 2001-də Fransadan köçən Karapetyan Ermənistanda ən yüksək səviyyədə — ölkənin baş naziri Andranik Markaryan tərəfindən qarşılanır. İrəvanın bələdiyyə başçısı Robert Nazaryan isə Karapetyanın iş və evlə təmin ediləcəyinə söz verilir və ona şərait yaradılır.
Ermənistana gəldikdən sonra Dilican şəhərində yaşayan Karapetyan sərnişindaşıma sahəsində çalışan şirkətin sahibi olur.
Karapetyan Orli hava limanında həyata keçirdiyi terror aktı barədə bunları deyir:
"Orli hava limanında həyata keçirilən əməl Levon Əkməkçiyanın 1982-ci ildə İstanbulda edam edilməsinə bir cavab idi".

Xatırladım ki, ASALA üzvü L. Əkməkçiyan haqqında da bilmək istəyirsinizsə, o Varujandan da qorxunc qatil və terrorçu bir ermənidir. Livan erməniləri Zöhrab Sarkisyan və Levon Əkməkçiyan 1982-ci ilin 7 avqustunda Ankaranın Əsənboğa aeroportunda ağzınacan insanla dolu gözləmə zalının ortasında bomba partlatdıqdan sonra pasport nəzarəti əməkdaşlarına və reysə minmək üçün növbədə dayanan sərnişinlərə avtomatdan atəş açmağa başladı.

Terrorda 9 nəfər dünyasını dəyişir, 72 nəfər isə yaralaır. Ölənlər arasında ABŞ-dan olan qadın, Almaniyadan olan mühəndis, 3 türk polisi, eləcə də sərnişinlər və hava limanı əməkdaşları vardı. Atışmada öldürülən Zöhrab Sərkisyanın meyidi Ankarada, kimsəsizlər qəbiristanlığında heç bir iz qoyulmadan basdırılır, 28 yanvar 1983-cü ildə Ulucanlar həbsxanada edam edilən Levon Əkməkçiyanın qəbrinin 2006-cı ildə isə ailəsinin istəyi ilə Fransaya köçürülməsinə icazə verilir.
Qeyd edək ki, Levon Əkməkçiyana həddindən çox “yanan” Varujan Karapetiyan 2019-cu ilin məhz 28 yanvarında ölür.

 P.S. Günahsız insan qanına bais olan hər bir terrorçunu nifrətlə anırıq, yerin cəhənnəm olsun deyirik 

 Əntiqə Rəşid