Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO- YENİLƏNİB

Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun üzvlərinin Şuşa şəhərinə səfəri başlayıb.
Adalet.az apa-ya istinadən xəbər verir ki, səyyahlar Qarabağ və Şərqi Zəngəzur səfəri çərçivəsində Füzuli rayonundan sonra Şuşaya gəliblər.
Qeyd edək ki, qrup 30 nəfərdən ibarətdir, onlardan 9-u dünyanın bütün - 193 ölkəsində olublar.
***
08:55
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir. Səfər iştirakçıları ilk olaraq Füzuli rayonuna gəliblər.
Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.
Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfə edib.
Digər Xəbərlər

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi - FOTO

Pensiyalar ödənildi

Baş prokuror vətəndaş qəbulu keçirdi

Razi Nurullayev: "Ağdam tamamilə yeni nəfəs alır"

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

Prezidentdən Miqrasiya Xidməti ilə bağlı FƏRMAN

Bu şəxslərin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq
