46 illik təbiət möcüzəsi:"Təndir"ə yağan qar
Antarktidadan sonra ərazisinə görə dünyanın ikinci ən böyük səhrası olan Saharda ilk dəfə təbiətin ən böyük möcüzələrindən biri baş verdi.
Adalet.az xəbər verir ki, sahəsi 9,2 milyon kvadrat kilometr olan tropik səhrada 1979-cu ilin 18 fevralında qar yağdı.
Bəs bu qar niyə möcüzə hesab edildi?
Çünki, elmi mənbələr bildirir ki, Saharanın əksər hissəsində quru və isti tropik səhra iqlimi hakimdir; şimalda subtropikdir. Səhranın müasir arid iqlimi təqribən 10 min ildir ki, mövcuddur. Yanvarın orta temperaturu, adətən, 10 °C-dən aşağı düşmür (dağlarda şaxtalar olur), iyulda 37 °C-dir.
Ümumiyyətlə, Sahara ərazisində yerləşən Əlcəzair , Çad, Misir, Liviya, Mərakeş, Mavritaniya, Mali, Niger, Sudan, Tunis dünyanın ən isti bölgələridir.
Məsələn, Afrikanın səhra coğrafiyasında üstünlük təşkil edən dövlətlərin bir çoxu dünyanın ən isti bölgəsi hesab edilir. Beləki, Liviyanın Əl-Əziziyə şəhəri 90 il boyunca dünyanın ən isti bölgəsi sayılıb. Həmçinin Liviyanın Dünya İrsi Siyahısında olan, "Səhra incisi" kimi tanınan Qadames şəhərində havanın temperaturu 55 dərəcəyə qədər çatır .
Tunisdəki Kebili də dünyanın ən isti yerlərindən biridir. Bölgədə ölçülən temperatur 55 dərəcədir.

Eləcə də Sudanın Halfa vadisi dünyanın ən isti yerlərindən biri kimi analiz edilir və orada havanın istiliyi 53 dərəcəyədək qalxıb.
Havanın sutkalıq temperatur amplitudu 30 °C-dən çox, torpağınkı 70 °C-yədəkdir. Tez-tez güclü (50 m/san-yədək) küləklər (səmum, xəmsin, sirokko) əsir; bir neçə gün davam edən toz (qum) burulğanları olur.
Havanın quruluğu (nisbi rütubət 30–50%) və yüksək buxarlanma (2500–6000 mm), sahilboyu ensiz zonalardan başqa, Saharanın bütün ərazisi üçün səciyyəvidir. Səhranın şimalında, əsasən, qışda, cənubunda isə yayda yağıntı düşür. İllik yağıntı daxili rayonlarda 50 mm-dən az, kənarlarda və dağlarda 100–200 mm-dir. Amma 1997-ci ilin 18 fevralına qədər bu böyük səhrada heç vaxt qar yağmamışdı.
Qeyd edək ki, Sahara səhrasına 2-ci dəfə qar yağışı 2016-ci ilin dekabrında yağdı və o ildən sonar bu təbiət hadisəsi bir neçə dəfə təkrar olundu.
Əntiqə Rəşid
Digər Xəbərlər
31 Oktyabr 2026 10:52
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
30 Oktyabr 2026 11:25
Üç il boyunca qarnında "daş körpə" daşıdı
30 Oktyabr 2026 09:58
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
29 Oktyabr 2026 13:06
Rey Kərimoğlu: Ağdamlı günlər - VİDEO
29 Oktyabr 2026 07:02
Dünyaya ata olmaq üçün gələn 3 bürc
29 Oktyabr 2026 07:00
Evlərini satıb ömürlük səyahətə çıxmışdılar - Gəmi yolda qaldı
29 Oktyabr 2026 06:57
Yemək zamanı telefon istifadəsini qadağan edirlər
28 Oktyabr 2026 13:11


Bakı -°C


