adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 May 2022 11:54
1509
MARAQLI

Dünyanı şok edən sonuncu mistika: Misir Sfinksi gözlərini “yumdu”? – VİDEO/FOTO

Asiya, Afrika və Avropanı birləşdirən yolların kəsişdiyi nöqtədə yerləşən Misir bəşəriyyət var olandan hər zaman müəmmalar, möcüzələr , mistikalar ölkəsi olaraq tanınıb. Çünki sirri, möcüzəsi hələ də tam açılmayan, yaşı 4.5 min il kimi qeyd edilən ərəb dünyasının “dəhşətlər atası” adlandırdırdığı Misir Sfinksi bütün dövrlərdə insanlara mistik baxımdan da maraqlı təsir bağışlayıb.

Dünyanın ən böyük 7 möcüzəsindən biri olan bu sfinks hər il minlərlə turistinziyarət obyekti olduğunu bilməyən yoxdur. “Sfinks”sözü yunancadan tərcümədə “boğucu”, “boğan” mənasınıdaşıyır. Sfinks – qadın başlı, şir bədənli, quş qanadlı mifoloji bir varlıqdır. Bu nəhəng heykəl Misir piramidalarının yaxınlığında yerləşir.

Araşdırmaçı Vüqar Zülfiqarlının bu mövzuda yazdığı məqalədə deyilir:” Xeops piramidası çox güman ki, insan əli ilə qurulan ən böyük tikilidir. 3 milyona yaxın daşın istifadə edildiyi bu nəhəng tikilinin ağırlığı 6,5 milyon tondur. Mükəmməl bir piramida şəklində qurulan ehramlar hələ də özündə bəzı sırlərı mühafizə edir. Məsələn, ən kiçiyi 2-3 ton olan bu nəhəng daşların buraya necə gətirildiyi maraq doğurur. Digər bir maraqlı cəhət odur ki, Fironların mumiyalarının olduğu otağa ildə 2 dəfə günəş işığı düşür. Bundan əlavə, ehramlarda radioaktiv maddələr yüksək olduğundan onları ilk kəşf edən 12 elm adamı daha sonra xərçəng xəstəliyindən ölüb. Piramidaların içində radar kimi cihazlar işləmir. Kirli bir su piramidanın içində 1-2 gün saxladıqdan sonra təmizlənir. Süd bir neçə gün piramidanın içində xarab olmadan qalır və daha sonra qatığa çevrilir. Bitkilər ehramların içərisində daha sürətlə inkişaf edir. Ehramların içərisində 5 həftə saxlanılan su daha sonra üz lasyonuna çevrilir. Bir qabın içinə tökülmüş yemək artıqları piramidaların içərisində ətrafa heç bir qoxu yaymadan qısa müddətə mumiyalaşır. Kəsik, yarıq kimi yaralar piramidaların içərisində daha tez sağalır. Qısacası, piramidaların bu sirləri hələ də açılmayıb”.

Dünyanın ən əhəmiyyətli əsərlərindən sayılan Gizadakı Sfenks heykəli hazırda yenə böyük bir möcüzə ilə bəşəriyyətin diqqətini öz üzərinə çəkib.

Adalet.az Türkiyə mediasına istinadən bildirir ki, hazırda sosial mediada çox maraqlı bir mövzu gündəmdədir. Sfenks heykəlinin müəmmalı şəkildə gözlərini yumması ilə bağlı fikirlər sosial medianı qarışdırıb. May ayının 14-dən yayılan fotoşəkillərə baxdığımızda şayiələr çox da yanlış görünmür. Fotoları Muhammed Hassan adlı bir misirli sosial şəbəkə istifadəçisi paylaşıb.

Budur Sfenks heykəlinin ən son versiyası (solda) və köhnə versiyası (sağda):

Qeyd edək ki, heykəlin burnun olmamasıda hər zaman müzakirə mövzusu olub.Araşdırmaçıların tarixi faktlarına əsaslanaraq, Sfinksın burnunun sındırılmasında əsas günahkar sufi fanatı Məhəmməd Saim – Əl – Dah hesab edilir. Deyilənlərə görə, Sfinksın burnunu 1378- ci ildə bu adam sındırmışdır və onun törətdiyi vandalizmə görə, yerli əhali onu döyərək öldürmüşdür.

Daha çox həqiqətə uyğun səbəblərdən biri isə heykəlin 6500 il səhra küləyinin və hava durumunun təsiri altında bu hala düşməsidir. Belə ki, Sfinksın burunsuz qalması, uzun illər hava durumunun əhəng daşına təsirinin nəticəsidir. Əsrlərlə səhranın ortasında “ömür sürən” Sfinksın çoxsaylı təbii kataklizmlərə məruz qalması həqiqətən daha çox oxşayır. Buna baxmayaraq, misirli ekskursiya rəhbərləri ölkəyə gələn turistlərə Sfinksın burnunun Napoleon tərəfindən qopardılaraq Luvra aparıldığını söyləyirlər.

Sfinksin hazırkı görüntüsü haqqında hələlik elm adamları susur.

 

Əntiqə Rəşid