27 May 2025 11:23
409
MARAQLI

Dünyanın 2-ci böyük qülləsi tikilir:“Bürc Xəlifə”dən sonra “Axmat Tower”

Yəqin ki, çoxunuz bilirsiniz ki, 21 sentyabr 2004-cü ildə dünyanın ən hündür binası - Bürc-Xəlifənin (əvvəlki adı Bürc-Dubay) tikintisinə başlanıb. Bu layihə memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330.000 kub metr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb.

Binanın tikintisinə 2004-cü ildə iqtisadi artımın çiçəkləndiyi bir vaxtda başlanıb. Binanın dəqiq hündürlüyü 828 metrdir, və o məşhur “Taybey 101" binasından daha hündürdür. Daxili sahəsi isə 344.000 kv. təşkil edir. Binada ümumi 58 lift vardır.
Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Ən son texnologiyalardan istifadə edilərək inşa olunan, dünyanın 8-ci möcüzəsi adlanan bina 2009-cu il oktyabrın 1-də təhvil verilib.



“Bürc Xəlifə” şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum tərəfindən rəsmən açılıb.

Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Üç mənzərə meydançası - 124, 125 və 148-ci mərtəbə açıqdır. “Bürc Xəlifə” 124 və 125-ci mərtəbələrdə 452 metr hündürlükdə yerləşir, lakin “SKY lux” salonu 148-ci mərtəbədə, 555 metr yüksəklikdədir.
Ən yüksək mənzərə meydançasına daxil olarkən qapıda ev sahibi sizi qarşılayacaq və bina haqqında maraqlı faktlarla sizi tanış edəcək. “SKY lux” lifti isə sizi 148-ci mərtəbəyə qaldıracaq.

Ürəkləri fəth edən bu binanın yeri Dubayın mərkəzindədi və hər il milyonlarla turist ora axın edir.B

 Onu da xatırladım  ki, ilk dəfə 2019-cu ilin mayında "Bürc Xəlifə” Azərbaycan bayrağına, həmin ilin 20 sentyabrında isə Ermənistan bayrağına bürünüb.Sonra bu hallar təkrarlanıb.


Adalet.az xəbər verir ki, Çeçenistanda nəhəng göydələn tikiləcək. Qroznıda "Axmat Qülləsi"nin (“Axmat Tower”) tikintisinə hələlik 2,5 milyard rubl ayrılıb.
Məlumatı lenta.ru nəşri yayıb:"Çoxfunksiyalı hündürmərtəbəli kompleks”in yaradılması layihəsinin icrasına hələ 2015-ci ildə başlanılıb. Hündürlüyü təxminən 435 metr olan binada otel, restoranlar, muzeylər, ofislər və müşahidə göyərtəsi yerləşəcək.

Xatırladaq ki, Rusiyada birinci sırada hündürlüyü 373,7 metr olan Moskva şəhərinin bir hissəsi olan Federasiya Qülləsi gəlir.
Şəhərin ikinci ən hündür binası 354 metr olan OKO-dur. Onu 345 metrlə Neva Towers, 338 metrlə Merkuri Siti Qülləsi və 309 metrlə Avrasiya göydələnləri izləyir.

İlk 10-luğa daxil olan digər binalar bunlardır: Gorod Stolits (301,5 metr), Capital Towers (295 metr), Triumf-Palas (264 metr), Evolutsia (246 metr) və Imperia (238,7 metr).

Beləliklə, "Axmat Qülləsi"Rusiyanın ən hündür tikilisi olmaqla , Avropada da birinci olacaq. Dünyada isə "Bürc Xəlifədən sonra ikinci yer " "Axmat Qülləsi"nindir.

 Əntiqə Rəşid