Dünyanın ən güclü meşə yanğınları: Külə dönmüş təbiət...

Təbiətin, xüsusilə meşələrin yanğından qorunması hər zaman mühüm önəm daşıyıb.
Adalet.az xəbər verir ki, meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Bununla bağlı əvvəlcə bəzi məqamlara diqqət yetirmək istərdik. Bu gün dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektar təşkil edir. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. 2005-ci ilin məlumatına görə isə ərazisi 211.887 km2 olan Türkiyə 27,20 faiz təşkil edir.
Bu gün davam edən və Türkiyənin 21 bölgəsində çıxan yanğınların ərazisi dəqiqləşdirilməsə də, bu yanğın miqyasına görə dünyada baş verən ən böyük meşə yangınlarından biri hesab etmək olar.
Adı tarixdə qalmış ən güclü meşə yanğınları
Dünyanın elə bir nöqtəsi yoxdur ki, orda yangın hadisəsi baş verməsin . Amma bu yanğınlar miqyasına, dövlətə vurduğu maddi ziyana, insan və canlı aləmin məhv olunmasına və s. görə nisbi şəkildə xarakterizə edilir.Dünyada miqyası və itkisi böyük olan meşə yangınları varki onları sizə xatırladırıq:
Peştiqo, 1871-ci il
1871-ci il çoxlu sayda insan ölümünə səbəb olan yanğınlarla zəngin olub. Belə ki, Çikaqodan bir neçə yüz mil məsafədə kiçik Peştiqo şəhərciyi yanıb. Şəhərciklə bərabər böyük meşə massivi də yanıb. Bu hadisələr tarixə ən böyük meşə yanğını kimi düşüb. Alov təxminən 5180 kvadrat kilometr sahəni əhatə edib, 17 şəhəri tam olaraq külə çevirib. Rayon uzaqlığı səbəbindən ölənlərin sayını hesablamaq mümkün olmayıb. Lakin təxmini məlumatlara əsasən, ən azı 2500 nəfər yanğının qurbanı olub. Praktiki olaraq Peştiqo sakinlərinin hamısı yanaraq məhv olub.
Kalimantan adasında meşə yanğını
Bu yanğın 1982-ci ildə baş verib və adanın xeyli hissəsini əhatə edib. Yanğın təxminən 10 ay sürmüşdü və nəticədə 800 min hektar meşə ərazisi yanmışdı. Hadisə nəticəsində bir neçə nadir heyvan və bitki növünün nəsli kəsilmişdi.
Avstraliyada yanğın
Avstraliyada 2009-cu ildə meşə yanğınları baş vermişdi, nəticədə Merisvill şəhərində 181 nəfər həlak olmuş. 750 bina tamamilə məhv edilmişdi. Şəhərin təxminən 80%-i yanğın nəticəsində məhv olmuşdu.
Lakin Avstraliyadakı yanğınlar 2019-cu ildə təkrarlanmışdı. Nəticədə 6,3 milyon hektardan çox meşə ərazisi yanmışdı. Hadisə nəticəsində 7 000-ə yaxın bina dağılmış, 24 nəfər həyatını itirmiş, 500 milyon canlı yanmışdı. Bu, tarixin ən böyük meşə yanğını hesab olunur.
2018-ci il dünyada rekord sayda meşə yangınlar baş verdi
Məhz 2018 –ci ildə İsveçdə yanğınlar 25 min hektar meşə sahəsini məhv edib. Ölkəyə dəymiş zərərin 87 milyon avro dəyərində olduğu bildirilir.
Xatırladaq İsveç və Yunanıstanda yanğınların söndürülməsində bombalardan istifadə edilib. Yanğının mərkəzində havadan bomba atılıb. Partlayış dalğası və havadakı oksigenin məhvi yanğını söndürüb.
Şimal qütbünə yaxın olan Norveç belə meşə yanğınlarından yan keçə bilməyib. Güclü yanğınlar 2018-ci ildə Latviyanı da öz ağuşuna alıb. Ölkə yardım tələbi ilə AB-nə müraciət edib, lakin rədd cavabı alıb.
Birliyin yanğınsöndürmə xidmətindən yalnız bir helikopterin boş olduğu bildirilib. Belə ki, birliyə Serbiya, Yunanıstan və Finlandiya müraciət edib. Bütün vasitələr bu və digər sahələrə yönəldilyi üçün Latviyada yanğın çətin söndürülüb.
Həmin il Almaniyada da on minlərlə hektar meşə ərazisində yanğınlar tüğyan edib. Berlin yaxınlığında güclü meşə yanğınları ilə mübarizə apardı.
Britaniyada da vəziyyət ürək açan deyil. 2018-ci ildə İngiltərə alovlar içərisində olub. yanğınsöndürənlər meşə yanğınlarını çox çətinliklə nəzarətə götürməyə müyəssər olublar. Minlərlə hektar meşə ərazisi külə dönüb.
Rusiya Federasiyasının müxtəlif respublikaları meşə yanğınının qurbanı olub. Ən güclü yanğınlar Sibir və Uzaq Şərqdə tüğyan edib. Yanğınsöndürənlər 100 milərlə hektar meşə sahəsində yanğınla mübarizə aparıblar. Tayqa meşələrində isə yanğınlar 2 milyon hektara qədər ərazini məhv edib. Rusiyanın yanğıdan ən çox zərər çəkən əraziləri isə Yakutiya, Krasnodar, Maqadan, Kamçatka, İrkutsk və Xabarovsk bölgələri olub. Maraqlıdır ki, bu ərazilərdə yanğınlar söndürülmür. Federasiyanın meşə təsərrüfatı idarəsinin hesablamalarına görə bu yanğınların söndürülməsinə çəkilən xərclər yanğının mümkün zərər həddini aşır. Yəni bu ərazilərdə yanğınların sönməyini gözləyirlər.
Hazırda yanan tək Türkiyə deyil...
Qeyd edək ki, bu ilin 25 iyulundan Fransanın cənubunda yerləşən Od departamentində baş verən meşə yanğınları ən azı 800 hektar sahədə bitki örtüyünü məhv edib.
Yanğın Karkasondan Narbona gedən magistral yolun yaxınlığında baş verib. Fəlakət nəticəsində Fransa, İspaniya və Portuqaliyanın bəzi bölgələri bir müddət işıqsız qalıblar.
Yanğının söndürülməsində təxminən 500 xilasedici iştirak edir. Ölkənin cənubunda isti hava və güclü külək səbəbindən rəsmilər yerli sakinləri meşədə ocaq qalamamağa və siqaret kötüklərini atmazdan əvvəl tam söndürməyə çağırıblar.
Kanadanın Alberta əyalətində 9 mindən çox insan meşə yanğınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Bildirilir ki, bölgədə son 40 ilin ən güclü quraqlığı yaşanıb, meşə yanğınları may ayının sonundan etibarən tüğyan edir.
Bazar ertəsi əyalətdə üç rayon təxliyyə olunub, yanğının miqyası isə genişlənməkdə davam edir. Nəşrin bildirdiyinə görə, yanğın 324 min ha ərazini əhatə edir.
Eyni zamanda, 26-29 iyul tarixlərində İtaliyanın qərbindəki Oristano vilayətinin ətarfında başlayan yanğından meşələri, zeytunluqları və əkin sahələrini əhatə edən 20 min hektardan çox ərazi təsirlənib. Güclü külək səbəbindən yanğın sürətlə yayılmaqda davam edir.
Yanğından ən çox təsirlənən Scano Montiferroda təxminən 400 nəfər təxliyə edilib və digər kiçik yaşayış məntəqələrində də tüstü səbəbiylə evakuasiya davam edir. Nəfəs almağın çətinləşdiyi bölgdə, 1500 nəfər evini tərk etməli olub. Təhlükəsizlik qüvvələri, xilasetmə dəstələri, meşə, mülki müdafiə qrupları və könüllülər daxil olmaqla 7500 nəfər və təxminən 20 təyyarə yanğını söndürməyə cəlb edilib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Nazir dövriyyədən çıxarılan narkotikin həcmini AÇIQLADI

Vilayət Eyvazov tıxaclarla bağlı TAPŞIRIQ VERDİ

Vilayət Eyvazov Kollegiya iclası keçirdi - VİDEO+FOTOLAR

Səhiyyə komitəsinin iclası keçirilib

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək

Prezident SƏRƏNCAM İMZALADI

Keçmiş məcburi köçkün qadınların peşə bilik və bacarıqları təkmilləşdirilib
