"Dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur" - Komitə sədri

Azərbaycanda apteklərin sayı kifayət qədər çoxdur.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur: “Hər addımda aptek görürük. Misal olaraq, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Görünür ki, vaxtında insanlar müraciət edib və lisenziya alıb. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanuna uyğun olub-olmamasını bilmirəm. Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti ilə bağlı, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur. Səhiyyə naziri Teymur Musayevlə danışıqlarımız da olub. Əczaçılıqla bağlı geniş beynəlxalq tədbir keçiriləcək. Bütün bu məsələlərin orada müzakirə ediləcəyi nəzərdə tutulub”.
Digər Xəbərlər

Nazir dövriyyədən çıxarılan narkotikin həcmini AÇIQLADI

Vilayət Eyvazov tıxaclarla bağlı TAPŞIRIQ VERDİ

Vilayət Eyvazov Kollegiya iclası keçirdi - VİDEO+FOTOLAR

Səhiyyə komitəsinin iclası keçirilib

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək

Prezident SƏRƏNCAM İMZALADI

Keçmiş məcburi köçkün qadınların peşə bilik və bacarıqları təkmilləşdirilib
