“Dünyanın yüz qadın rəssamı” adlı beynəlxalq kataloqun təqdimatı keçiriləcək
9 aprel 2025-ci il tarixində, saat 15:00-da Atatürk Mərkəzində “Dünyanı Sənət Xilas Edəcək” layihəsi çərçivəsində nəşr olunan “Dünyanın yüz qadın rəssamı” adlı beynəlxalq kataloqun təqdimat mərasimi baş tutacaq.
Kataloqda dünyanın müxtəlif ölkələrindən olan yüz istedadlı qadın rəssamın sənət yolu, fərdi yaradıcılığı və seçilmiş əsərləri yer alıb. Layihənin əsas məqsədi qadın sənətkarların fəaliyyətini dəstəkləmək, onların beynəlxalq miqyasda tanıdılmasına töhfə vermək və sənətdə qadının roluna diqqət çəkməkdir.
Kataloqun müəllifi və layihənin rəhbəri tanınmış rəssam və kurator Nəvai Metin Məmmədoğludur. Onun təşəbbüsü ilə ərsəyə gələn bu nəşr, dünya sənət tarixində qadınların sənətə verdiyi töhfələri önə çıxaran mühüm sənədli vəsait kimi dəyərləndirilir.
Təqdimat mərasimində sənət adamları, incəsənət tənqidçiləri, media nümayəndələri, eləcə də yerli və xarici rəssamlar iştirak edəcək. Tədbir çərçivəsində kataloqda yer alan bir sıra rəssamların əsərləri də nümayiş etdiriləcək.
Ünvan: Bakı şəhəri, Atatürk Mərkəzi.
Tədbir hər kəs üçün açıqdır. Giriş sərbəstdir.
Digər Xəbərlər
05 Dekabr 2025 18:10
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi
05 Dekabr 2025 12:47
Niyə yəhudilərdə milliyət ana xətti ilə müəyyən edilir? - Murad Köhnəqala yazır
04 Dekabr 2025 13:33
Bitməyən komediyaya sözardı və ya “Gülçöhrə və Əsgər” pyesinə yazılan ağı... - Esmira İsmayılova yazır
04 Dekabr 2025 12:39


Bakı -°C

