Duran Kolumbiya millisinə çağırıldı
“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.
Ağdam klubundan Adalet.az-a verilən məlumata görə, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi martda keçiriləcək yoldaşlıq görüşləri üçün yığmaya dəvət olunub.
İndiyədək milli komandaya dəvət almayan vinger “Qarabağ”ın heyətində bumövsümkü çıxışından sonra məşqçilər heyətinin diqqətini cəlb edib. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində baş tutacaq.
Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin avqustunda “Qarabağ”a keçib.
Digər Xəbərlər
15 Aprel 2026 15:11
Bu nə siyasətdi… - Kamil Əhməd yazır
15 Aprel 2026 12:28
"Qarabağ" yenə cərimələndi
15 Aprel 2026 09:43
Çempionlar Liqası: "Real" "Bavariya"ya qarşı
15 Aprel 2026 09:21
Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşdi
14 Aprel 2026 21:00
Yaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
14 Aprel 2026 19:35
Güləşçilərimizin Avropa çempionatı üçün heyəti açıqlandı
14 Aprel 2026 11:20
"Qəbələ" Prins Ovusu ilə yeni müqavilə imzaladı
13 Aprel 2026 09:36


Bakı -°C

