"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident
“Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı deyib.
“Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.
Bir daha şəhidlərimizə rəhmət diləyərək qeyd etməliyəm, bildirməliyəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”, - deyə dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
02 Avqust 2026 10:46
”Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşıdır”
01 Avqust 2026 14:34
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb
01 Avqust 2026 10:33
“Ana dilimizin saflığı gələcəyimizin etibarlı təminatıdır”
01 Avqust 2026 10:22
“Prezidentin Qırğızıstan səfərinin mühüm mahiyyəti ondan ibarətdir ki...”
01 Avqust 2026 10:07
Qarşıdurmadan Konstruktiv Dialoqa: Azərbaycanın yeni siyasi modeli
01 Avqust 2026 08:35
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
31 Iyul 2026 16:42
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNİB
31 Iyul 2026 16:15


Bakı -°C

