DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət etdi
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Adalet.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Qarşıdan xalqımızın qürur və iftixar mənbəyi olan 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü gəlir. Bu günlər bizə Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın sarsılmaz birliyini bir daha xatırladır.
Qarşıdakı qeyri-iş günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi riayət etməyə, səfər zamanı diqqətli və məsuliyyətli olmağa çağırır.
Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitənizin texniki sazlığını, xüsusilə əyləc sisteminin, işıq cihazlarının və təkərlərin vəziyyətini yoxlayın. Hərəkət zamanı sürəti yol və hava şəraitinə uyğun seçin, müəyyən edilmiş sürət həddini aşmayın, təhlükəli ötmə və manevrlərdən çəkinin, ara məsafəsini qoruyun. Təhlükəsizlik kəmərindən istifadə edin, sükan arxasında mobil telefonla diqqətinizi yayındırmayın. Uzun məsafəli səfərlər zamanı yorğun və yuxusuz halda avtomobil idarə etməyin, mütəmadi olaraq fasilələr verin. Xüsusilə hərəkətin intensiv olduğu yollarda diqqətli olun, tələskənliyə yol verməyin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alın.
Piyadalara da müraciət edərək yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməyi, xüsusilə sutkanın qaranlıq vaxtlarında və məhdud görünmə şəraitində daha diqqətli olmağı tövsiyə edirik".
Digər Xəbərlər
06 Noyabr 2026 11:47
Zəfər Günü ilə bağlı hərbçilərin yürüşləri təşkil ediləcək
06 Noyabr 2026 11:30
FHN bayram günlərində güclənmiş rejimdə çalışacaq
06 Noyabr 2026 11:08
Nazirlər Kabinetinin saxlanılması xərcləri 45 milyon manatdan çox artırılır
06 Noyabr 2026 10:30
“Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda konfrans keçirilib
06 Noyabr 2026 10:26
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah
06 Noyabr 2026 10:03
“Zorakılığın öz kodları var...”
06 Noyabr 2026 00:04
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
05 Noyabr 2026 19:55


Bakı -°C

