DYP-dən dumanlı hava ilə bağlı müraciət

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Adalet.az xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb:
"Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik".
Digər Xəbərlər

Daha 10 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Hazırda tıxac olan yollar - SİYAHI

25 minə yaxın piyada barəsində protokol tərtib edilib
