DYP-dən valideynlərə MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi məktəbli ekskursiyalarının təşkili ilə bağlı valideynlərə müraciət edib.
İdarədən Adalet.az-a daxil olan müraciətdə deyilir:
"Tədris ilinin sonunda məktəblilərin ekskursiyalara, yaxud istirahət zonalarına aparılması hallarının sayı artmaqdadır.
Lakin təəssüf ki, belə səfərlər adətən qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən və ya təsadüfi şəxslərlə şifahi sövdələşmə əsasında həyata keçirilir. Bu zaman nəqliyyat vasitəsinin texniki sazlığı, sürücünün peşəkarlıq və sağlamlıq vəziyyəti, avtomobil idarə etmək hüququnun olub-olmaması, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər nəzərə alınmır.
Qeyd olunan səbəblərdən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərliyinə, eləcə də azyaşlıların ekskursiyasını fərdi qaydada təşkil edən şəxslərə belə səfərləri yalnız ixtisaslaşmış qurumlar vasitəsilə həyata keçirmək tövsiyə olunur.
Eyni zamanda avtobus və mikroavtobus sahiblərinin və sürücülərinin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə uşaq qruplarının qanunvericiliyin tələbləri pozulmaqla daşınması halları aşkar olunduqda həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəkdir.
Ümidvarıq ki, valideynlər də tövsiyələri nəzərə alaraq, səyahətlər zamanı övladlarının təhlükəsizliyinə daha çox diqqət ayıracaqlar".
Digər Xəbərlər
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
23 Mart 2026 16:00


Bakı -°C

