DYP-dən yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə MÜRACİƏT

“Respublikanın yerli və rayonlararası avtomobil yollarında mövcud qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə ayrı-ayrı sürücülər haqqında çoxsaylı inzibati təsir tədbirlərinin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də belə qayda pozuntularına yol verilməsi halları müşahidə olunur”.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis (DYP) İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd olunanlar, habelə yüklərin bu şəkildə daşınmasının nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə təsiri nəticəsində yükün yola dağılması və ya avtomobilin özünün aşma ehtimalının yüksək olması nəzərə alınaraq, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, xüsusilə belə daşımaları həyata keçirən sürücülərin diqqətinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sadalanan halların hər biri ciddi qayda pozuntusu hesab edilir və törədilmiş əməlin nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır.
“DİN-in Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.
Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək”, - deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər
24 Oktyabr 2025 09:41 Rövşən Rzayev iclas keçirdi - Bəzi məsələlər müzakirə edildi
23 Oktyabr 2025 17:10 Bu televiziyalara ayrılan vəsait azalır
23 Oktyabr 2025 17:03 Hərbçilərin ev kirayəsi haqqının ödənilməsinə bu qədər vəsait ayrılacaq
23 Oktyabr 2025 14:03 XEYRƏDDİN QOCA RAMİZ MEHDİYEVƏ NƏ DEDİ?
23 Oktyabr 2025 13:56 Dərmanların adlarının xidmətlər zərfinə daxil edilməsi meyarları təsdiqləndi
23 Oktyabr 2025 13:06 Nazirlər Kabineti texnoloji biznes inkubatoru rezidentləri ilə bağlı qərar verdi
23 Oktyabr 2025 13:04 "Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları" dəyişdi
23 Oktyabr 2025 13:03 

Bakı -°C 






