DYP piyadalara müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Yollarda müşahidə olunan ən təhlükəli hallardan biri piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşmasıdır. Bəzən insanlar yaxınlıqda yeraltı və ya yerüstü piyada keçidi olduğu halda, sədləri aşaraq və ya yolun hərəkət hissəsinə çıxaraq öz həyatlarını təhlükəyə atırlar. Bir anlıq tələskənlik, diqqətsizlik və ya səhlənkarlıq bir çox hallarda faciəvi nəticə ilə bitir.
Aparılmış araşdırmalar göstərir ki, piyada vurulması ilə nəticələnən hadisələrin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir. Bu fakt bir daha göstərir ki, qaydalara əməl etmək sadəcə tövsiyə deyil, həyatın qorunması üçün zəruri şərtdir.
Unutmaq olmaz ki, əgər piyadanın qayda pozuntusu törətməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə və bu hadisə insanın xəsarət almasına və ya ölümünə səbəb olarsa, bu artıq cinayət məsuliyyəti yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn payız-qış mövsümünü nəzərə alaraq bir daha piyadalara müraciət edir:
- Yolu yalnız piyada keçidlərindən keçin;
- Görünmə məhdud olduğu şəraitdə və qaranlıq vaxtı diqqətli olun, parlaq geyimlər geyinin;
- Qulaqlıqdan istifadə etməyin, yaxınlaşan avtomobillərin səsini eşidin.
Unutmayın: qaydalara əməl etmək sizin və ətrafınızdakı insanların həyatının təminatıdır".
Digər Xəbərlər

Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar medal təsis edildi

Müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard manatı ötüb

Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM

Kamran Əliyev Braziliyaya getdi

Hərbi məlumat və bildirişləri artıq “mygov”dan əldə edə bilərsiniz

“Heç bir söz, geyim və fikir ayrılığı bir insanın...” – Psixoloq

DİN Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirdi - VİDEO
