“İçimizdə bir hiss bizi savaşmağa vadar edirdi...” – Vətən müharibəsi qəhrəmanı
“Dəniz səviyəsindən 3340 m yüksəklikdə ilk qarı qarşıladıq 5 il öncə. Soyuq hava, aclıq, susuzluq və ilk qar. Heyət bir-birini qucaqlayaraq əldə olan vasitələrlə qardan, küləkdən qorunmağa çalışırdı. Bu yağan qar üstümüzə çəkilən ağ kəfəni xatırladırdı. İçimizdə o günlər üçün adını qoya bilmədiyimiz bir hiss bizi yaşamağa, savaşmağa vadar edirdi. Susuzluqdan heyətin dodaqları çartlamış və udğuna bilmirdi. Oksigenin seyrək olduğu yüksəklikdə bu halsızqlara baxmayaraq heçkim silahı yerə qoymamışdı”.
Adalet.az xəbər verir ki, bunu Vətən müharibəi qəhrəmanı, Baş-leytenant Qəzənfər Ağayev deyib.
O Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində baş verən döyüş əməliyyatları haqda bunları deyib:
“Sanki bu silah bizim son ümid yerimiz idi bəlkə də. Amma biz üşüyürdük, titrəyirdik. Bu ixtisasın mənsublarının ən şərəfli olmaqla yanaşı, ən çətin vaxtları idi. Bəlkədə öz isti evlərində oturanlar və ya o ana bənzər hadisələri yaşamayanlar da bunun nə dərəcədə acılı olmasını təsəvvür belə edə bilməzlər. Qarın yağmasını dəyərləndirib susuzluğumuzu yatırmağa çalışırdıq, amma günlərlə susuz qalmış bədən 1-2qurtumla doymur. Əslində bir neçə gün də bu vəziyətdə döyüşə bilərdik. Çünki bizi titərdən, üşüdən havanın əlverişsizliyi deyİldi. Bu gün sıralarımızdan cismən ayrılanlar oldu”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Noyabr 2025 18:33
FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
17 Noyabr 2025 18:20
Ramin Məmmədov Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb
17 Noyabr 2025 14:07
Bakıda beynəlxalq konfrans keçirilir - Nazir Prezidentin müraciətini səsləndirdi
17 Noyabr 2025 13:02
Komitə sədri: Qarabağda 4 şəhərin baş planının təsdiq olunması yekunlaşmaq üzrədir
17 Noyabr 2025 12:50
İki həftədə 392 mina aşkarlanıb
17 Noyabr 2025 11:33
“Bu stereotiplər təkcə fərdi münasibət səviyyəsində deyil...”
17 Noyabr 2025 11:12
Müntəzəm marşrutlar üzrə işləyən avtomobillərlə bağlı yeni qaydalar
17 Noyabr 2025 11:05


Bakı -°C

