Yeddi ildir tək yaşadığı mikroavtobusda kişi zəhərlənərək öldü
Türkiyənin Qocaeli şəhərində 7 ildir tək yaşayan 74 yaşlı Dursun Əli Ərmiş tək yaşadığı mikroavtobusun içərisində isinmək üçün yandırdığı piknik şüşəsindən zəhərlənərək ölüb.
Adalet.az xəbər verir ki, hadisə səhər saatlarında Barbaros məhəlləsindəki Nəqliyyatçılar Kompleksinin qarşısında baş verib. Qonşuluq sakinləri boş dayanacaqda park edilmiş 41 AY 014 nömrə nişanlı mikroavtobusda yaşayan Ərmişin maşından düşmədiyini görüblər və polisə zəng edərək hadisə barədə məlumat veriblər.
Hadisə yerinə göndərilən polislər bağlı olan mikroavtobusun qapısını açıb və Ərmişi hərəkətsiz vəziyyətdə tapıblar. Təcili yardım işçiləri gəlib onun öldüyünü bildiriblər. Məlum olub ki, Ərmiş mikroavtobusun içərisində isinmək üçün yandırdığı piknik şüşəsindən zəhərlənib.
Bildirilir ki, Dursun Əli Ərmişin mikroavtobusda yaşadığı məhəllədə evi var. 2006-cı ildə iki oğlundan biri yol qəzasında həlak olub, digəri isə davada bıçaqlanıb. Ərmişin qonşularının köməyi ilə yaşayıb.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Dekabr 2025 09:55
Rob Reynerin kiçik oğlu valideynlərinin qətlində ittiham olunur
17 Dekabr 2025 09:34
Arktikada temperatur rekord həddə çatıb
17 Dekabr 2025 09:31
Terrorçunu zərərsizləşdirən Əhmədə 1,9 milyon dollar ianə toplandı
16 Dekabr 2025 20:00


Bakı -°C

