adalet.az header logo
  • Bakı -°C
07 Noyabr 2025 11:56
66
GÜNDƏM
A- A+

“Televiziyalarımızın ekranlarından geylər bizə "əxlaq" dərsi keçir...”

“Yazır ki, Yasin adlı oğlan Ruzgar adlnda qıza çevrilib və bunu bilən əmisi onu qətlə yetirib. Sonra gəncə qarşı kəndçifason qınaq seli başlayır ki, a bala, gördün, bura (vətənin Azərbaycan) sənin cinsi dəyərlərinə uyğun deyil, çıx get xaricdə yaşa, geyliyini orada, özünəoxşarların arasında elə və belə şəraiti yaratma ki, əmin nəslin namus-qeyrətini qorumaq üçün səni qətlə yetirsin. Guya çıxıb xaricə getmək belə asandır: bilet aldın, oturdun təyyarəyə, çıxdın getdin və orada Niderland hökuməti böyük təntənə ilə sənin pişvazına çıxdı, dərhal ərlə, evlə, yaşayış şəraiti ilə təmin elədi və üstəlik də Azərbaycana bir təşəkkür məktubu yolladı ki, malades, yaxşı yetişdirirsiniz. Bax, vəziyyət belədir. Uşağı ittiham etmək ən asan yoldur”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib. 

Onun sözlərinə görə, halbuki, ölkəmizdə bu cinsi azlıqların artım məsələsi çox böyük ictimai bəladır:

“Şərqdə geylər lap qədim zamanlardan olub. Ancaq bu heç vaxt reklam edilməyib, bir növ, gizlədilib, xüsusi şəkildə qınanmayıb da. Toplum həmin fərdə tolerant yanaşmağı özünə borc bilib. Hesab edib ki, onu Allah cəzalandırıb və bu yetər. Bu gün biz LGBT bayrağı altında müxtəlif cinsi eybəcərliklərin təzahürlərini cəmiyyətdə görür, hətta onların himayə edən dövlətlərin beynəlxalq təşkilatlar vasitəsilə ənənəvi quruluşlu ölkələrə göstərdiyi təzyiqi də hiss edirik. Televiziyalarımızın ekranlarından geylər kütləvi şəkildə bizə "əxlaq" dərsi keçir. Bunu da xaric içərimizdə yüksək vəzifə tutan antimilli ünsürlərin vasitəsilə edir. O günü Xoşqədəm Hidayətqızının verilişində vəkillər dedi ki, Almaniyada, əgər uşaq axşam bağçadan götürülərkən qaçıb səni (valideynini) qucaqlamadısa, alman hökuməti aşağı-yuxarı bəzi incəliklərlə o uşağı valideyndən alıb ya öz himayəsinə götürə, ya da formal gizlinlərlə başqa valideynə sata bilər. Bax, xaricdə belə məsələlərlə üzləşmək adi haldır. Millət və xalq olaraq, bizim xilasımız xaricdə deyil. Vətənimiz Azərbaycandan başqa bizə heç yerdə nicat yoxdur”. 

Yazıçı bildirib ki, uzaqlarda mühacirlərə verilən tulapayı beş-on manata aludə olub özünüzü aldatmayın, uşaqlarınıza yazığınız gəlsin”.

“İndi baxaq görək cinsi anomaliyaların yaradılması və yayılması üçün həmin XARİC bizə nə edir. Özü də heç nədən çəkinmədən, gün-gündən daha böyük hızla edir. Bəzi mütəxəssislərin fikrincə, bizə göndərilən və ya onların texnologiyası ilə ölkəmizdə hazırlanan qida məhsullarının tərkibinə cinsi azğınlıq yaradan fermentlər vurulur”. 

Vasif ƏLİHÜSEYN