Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Türkiyənin Van vilayətinin Özalp rayonunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb.
Adalet.az xəbər verir ki, hadisə noyabrın 7-də Özalp-Saray avtomobil yolunda, Çalımlı məhəlləsi yaxınlığında baş verib.
Məlumata görə, TIR-la sərnişin mikroavtobusunun toqquşması nəticəsində ağır qəza baş verib. Hadisə yerinə polis, jandarma, AFAD, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. Qəza ilə əlaqədar bir müddət bağlı qalan yolda nəqliyyatın hərəkəti nəzarət altında bərpa edilib.
Van valisi Ozan Balcı bildirib ki, yağış səbəbindən yolun sürüşkən olması qəzaya səbəb olub. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.
Digər Xəbərlər
07 Noyabr 2026 23:44
Polşada terror aktı - 6 ölü, 15 yaralı
07 Noyabr 2026 20:00
Dubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir
07 Noyabr 2026 18:09
Yaponiyada zəlzələ oldu
07 Noyabr 2026 18:08
Zelenski: ABŞ-də Ukraynaya dəstək verənlərin sayı artır
07 Noyabr 2026 18:04
Türklər hücum etsələr, güclənməyə vaxtımız olmayacaq - Simonyan
07 Noyabr 2026 09:00
Hakan Fidan Kipr məsələsindən danışdı - “Ən real həll yolu...”
06 Noyabr 2026 17:14
Dini təriqət liderinə 200 il həbs cəzası verildi
06 Noyabr 2026 15:31


Bakı -°C

