Asma körpü də problemi həll etməyəcək...
Bakıda və onun ətrafında tixacları aradan qaldırmaq üçün çox böyük layihələr həyata keçirilib. Və bu layihələr bu gün də həyata keçirilir və sabah da həyata keçiriləcək.
Amma görünən odur ki, bütün bu məsələlər heç də problemlərin tamamilə həllinə kömək etməyib! Çünki bu çətinlikləri yoluna qoymaq o qədər də asan iş deyil. Təbii ki, bu gün də Bakıda hər gün tıxaclar olur. İnsanlar saatlarla tıxacda qalır, artıq yanacaq işlədir və əsəbləşir.
Artıq Bakıda şəxsi avtomobillə mənzil başına getmək hər bir sürücüdən səbr və dözüm tələb edir. Və səbri , dözümü olmayanlar gərək sükan arxasında əyləşməsinlər. İndi də deyirlər ki, Xırdalan dairəsində tıxacları aradan qaldırmaq üçün asma körpülər tikiləcək və bundan sonra həmin istiqamətdə tıxaclar aradan qaldırılacaq!
.Ancaq buna da bir o qədər inanmaq olmur. Ən azından ona görə ki, günbəgün regionlardan Bakıya axın davam edir. Paytaxtda həm insanlar çoxalır, həm də avtomobillər!Belə olanda da sıxlıq yaşanır.Ümumiyyətlə, Bakıda tıxaclar o vaxt tam aradan qaldırmaq üçün paytaxtı başqa yerə köçürmək lazımdır. Bu olmayana kimi Bakıda tıxaclar həmişə mövcud olacaq!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
02 Iyul 2026 13:54
Bakıda minib-düşmə yeri zəbt edilib - VİDEO
02 Iyul 2026 12:45
Bakıda şikayətlərdən sonra 177 eskalator yenilənəcək
02 Iyul 2026 12:20
“Azərsun Holdinq” “Qafqaz Konserv Zavodu”na mediatur təşkil etdi - FOTOLAR
02 Iyul 2026 11:37
İstilər birdən düşəcək...
02 Iyul 2026 10:40
Leyla Əliyeva Yevlaxda Cümə məscidində - FOTOLAR + YENİLƏNİB
01 Iyul 2026 15:42
Leyla Əliyeva "Azəripək" ASC-nin fəaliyyəti ilə yaxından tanış olub - FOTOLAR
01 Iyul 2026 13:52
İtkin-şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olundu
01 Iyul 2026 13:28


Bakı -°C

