İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlandı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserinə və Kürdəmir Rayon Psixiatriya Xəstəxanasına başçəkmələr həyata keçirilib, tibb müəssisələrində nöqsanlar aşkar edilib.
Bu barədə Adalet.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, başçəkmələrin məqsədi müəssisələrdə pasiyentlərin saxlanma şəraitinin, onlarla rəftarın, psixiatriya yardımının təşkilinin, habelə hüquqlarının və qanuni mənafelərinin təmin olunması vəziyyətinin araşdırılması olub.
Müəyyən edilib ki, hər iki müəssisədə pasiyentlərin mövsümə uyğun geyim və şəxsi gigiyena vasitələri ilə təminatı lazımi səviyyədə deyil, yataq ləvazimatları istifadəyə yararsız vəziyyətdədir. Həmçinin qidalanmanın təşkilində və kadr təminatında çatışmazlıqlar, binalarda isə təmir ehtiyacı var.
Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində ixtisaslı həkim ştatları üzrə vakansiyaların olduğu, qidalanmanın əvvəlcədən tərtib edilmiş və təsdiqlənmiş menyu əsasında təşkil edilmədiyi, gündəlik qida normalarına tam riayət olunmadığı müəyyənləşib. Bundan başqa, camaşırxana avadanlıqlarının işlək vəziyyətdə olmadığı aşkarlanıb. Qeyd olunub ki, kadr çatışmazlığı peşəkar tibbi xidmətlərin əlçatanlığına da təsir edir.
Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında isə kişi və qadın şöbələrinin bəzi palatalarında istilik olmadığı, sanitariya-gigiyenik şəraitin qənaətbəxş olmadığı, sanitar qovşaqlarının texniki vəziyyətində çatışmazlıqların mövcudluğu aşkarlanıb. Həmçinin pasiyentlərin qida rasionuna tərəvəzlərin daxil edilmədiyi və sənədləşmənin lazımi qaydada aparılmadığı müəyyən edilib.
Ombudsman Aparatından bildirilib ki, aşkar edilmiş hallar pasiyentlərin hüquqlarının daha səmərəli təmin edilməsi, saxlanma şəraitinin və psixiatriya yardımının təşkilinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsini zəruri edir.
Başçəkmələrin sonunda müəssisələrin rəhbərliyinə pasiyentlərin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi, mövcud şəraitin yaxşılaşdırılması, psixiatriya yardımının təşkili və sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Başçəkmələrin nəticələri ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunacaq.
Digər Xəbərlər
27 Noyabr 2026 13:27
Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisindən - VİDEO
27 Noyabr 2026 12:47
"Ölkəmizdə mərhələli əmlak amnistiyasına ehtiyac var" - Komitə sədri
27 Noyabr 2026 12:34
Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
27 Noyabr 2026 12:15
İşçilərlə əmək müqaviləsinə xitam verilmədən işəgötürənlərin ləğvi mümkün olmayacaq
27 Noyabr 2026 10:20
Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salındı
27 Noyabr 2026 10:11
Azərbaycana gələn Rusiya vətəndaşlarının NƏZƏRİNƏ!
26 Noyabr 2026 23:29
Bu ilin "Gənclər" və "İdman" paytaxtları açıqlandı
26 Noyabr 2026 18:47


Bakı -°C

