“Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi 252 milyon dollara çatıb”
“Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırdığını bildirib. Son illər Türk dövlətləri arasında strateji münasibətlərin dərinləşməsi regionun geo-siyası mövqeyini daha da artırıb”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, son 5 ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi 3 dəfə artaraq 2024-ci ildə 252 milyon dollara çatıb:
“2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Bu o deməkdir ki, bu ilin ilk 9 ayında ölkələr arasındakı ticarət dövriyyəsi bütövlükdə əvvəlki ilə müqayisədə 27 faiz çoxdur. Deməli, bu ildə də qarşılıqlı ticarət dövriyyəsində illik artım qorunub saxlanılacaq. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur”.
V.Bayramov deyib ki, Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm də enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər:
“Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb. Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa edib. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Dekabr 2025 10:57
Neftimiz 67 dollara çatır
06 Dekabr 2025 10:54
Azərbaycan manatı ilə bağlı vacib PROQNOZ
06 Dekabr 2025 10:03
Suqovuşanda 65 min manata ticarət mərkəzi tikiləcək
05 Dekabr 2025 18:00
“Gömrük–biznes” inkişaf modeli yaradılacaq
05 Dekabr 2025 10:52
Maaşlar 9,5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
05 Dekabr 2025 10:26
172,3 milyon manatdan çox ƏDV geri qaytarılıb
04 Dekabr 2025 12:49
Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb
04 Dekabr 2025 10:42


Bakı -°C

