Toy karvanlarında ölüm...
Toydan gözəl nə ola bilər? Əlbəttə,heç nə ! Toy iki gəncin vüsalıdı, iki ailənin sevincdir! Və toy həm də bir elin, bir kəndin bir yerə toplaşması , sevinclərini bölüşdürməsidir.
Amma gərək toy da , toy ola da! Tay yas yeri yox! Çox təəssüf ki, bu gün bəzi toylarda ,qanqaraçılığı olur, toy karvanında gəlin gətirməyə gedən və qaydanı bəzi sürücülər şou göstərir, avtoxuliqanlıq edərək maşını iki təkəri üstə sürür! Hələ bu da bəs eləmir.
Belə ki, toy karvanındakı bir çox sürücülər bir- birilə ötüşür, tez- tez manevr edir, qəza şəraiti yaradır. 20 gün bundan əvvəl Xaçmaz rayonunda toy karvanında sürətlə hərəkət edən " Jiquli" markalı avtomobil idarəetmədən çıxıb, yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 23 yağlı oğlan həyatın itirib, maşında olan başqa bir gənc də ağır xəsarət alıb.
Bir neçə gün bundan əvvəl Qubada da toy karvanında hərəkət edən bəzi avtomobillər qəza şəraiti yaradır.Üstəlik də avtomobildəki bir gənc yola pul səpir. Əgər kimsə, o pulu götürmək istəsə, həmin an hansısa, maşın onu vura bilər. Toy sahibləri bu məsələlərə diqqət yetirməli, toy karvanına nəzarəti unutmamalıdır.
Və toy karvanında olan gənclərə ağsaqqallar tərəfindən məsləhətlər verilməlidir ki, onlar toyu yasa çevirməsinlər. Aydındır ki, yol polisi də toy karvanlarında dəcəllik və avtoxuliqanlıq edən gəncləri diqqət mərkəzində saxlayır və lazım gələndə belə sürücülər inzibati və hətta cinayət məsuliyyətinə cəlb edilir!
Emil Faiqoğlu
Digər Xəbərlər
07 Oktyabr 2026 15:26
Bakı-Qazax yolunda maşın aşıb, 3 nəfər ölüb - YENİLƏNİB
07 Oktyabr 2026 12:44
"Niva" dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı - VİDEO
06 Oktyabr 2026 12:05
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
06 Oktyabr 2026 12:04
Azad Bayramov vəfat etdi
06 Oktyabr 2026 11:09
Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? - VİDEO
05 Oktyabr 2026 19:28
Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu - VİDEO
05 Oktyabr 2026 12:37
Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
05 Oktyabr 2026 00:03


Bakı -°C

