“Növbəti günlərdə ABŞ və İran arasında danışıqların baş tutması gözlənilir”
“İsrail Livanda Hizbullaha qarşı quru əməliyyatı başlayıb. Livan hökuməti Hizbullahın ölkədə fəaliyyətini qanunla qadağan etdi. Göründüyü kimi, Livan hökuməti də Hizbullahdan qurtulmaq istəyir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, məhz İsrailin Hizbullaha qarşı hərbi əməliyyatlarına fürsət kimi baxır:
“İranın əsas proksi qüvvəsi olan Hizbullahın tam sıradan çıxarılması əməliyyatı həyata keçirilir. İsrail hazırda Hizbullahı tam sıradan çıxarılmasını fürsət kimi baxır. İranın Hizbullaha dəstək verməsi mümkün deyil.Yaxın Şərqdə Həmas, Hizbullahın tam sıradan çıxarılması İsrailin mövqeyini gücləndirəcək. Yaxın Şərqdə İranın son 30 ildə qurduğu "Müqavimət hərəkatı" iflasa uğradı”.
O, bildirib ki, növbəti günlərdə ABŞ və İran arasında danışıqların baş tutması gözlənilir:
“İran danışıqlarda maraqlıdır. İran nüvə zənginləşdirməsindən tam imtina və proksi qüvvələri dəstəkləməyəcəyini şərti ilə razılaşması mümkündür. SEPAH-ın tam səlahiyyətləri prezidentə verməsi mümkündür. Əgər, danışıqlar baş tutsa, bir neçə günlük atəşkəs rejimi tətbiq edilə bilər. ABŞ ilə danışıqlar aparılması və şərtlərlə razılaşma ilə bağlı SEPAH arasında fikir ayrılıqları hökm sürür. İsrailin Baş naziri danışıqlar və şərtlərin qəbul edilməsində maraqlı deyil. İsrail İranın parçalanması və hərbi xaosun baş verməsində maraqlıdır. Onun üçün Şimali İraqdakı kürd silahlıların İrana daxil olmasına çalışır”.
M.Əsədullazadə deyib ki, İranın Türkiyədə NATO bazasına raket atması tam aydın deyil:
“Birinci, Türkiyə ərazisindən İrana qarşı hərhansı bir hərbi fəaliyyət yoxdur. İkincisi, Türkiyə kifayət qədər İranın vurulmamasina çalışdı. Üçüncü, Kürd kartını İranda qarşısıni alacaq qüvvə Türkiyədir. İran ona qarşı ABŞ istifadə etdiyi ölkələrdəki hərbi bazaları hədəf alır. Raket Aralıq dənizində Kipr və Krit adasında ABŞ bazasını hədəf alarkən vurulub. İncirlik hərbi bazasından İrana qarşı təhdid qeydə alınmayıb”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
05 Mart 2026 13:08
Prezident investisiyaların dövlət tərəfindən alınmasını təsdiqlədi
05 Mart 2026 12:47
"Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır" - RƏSMİ
05 Mart 2026 12:47
İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 Mart 2026 12:39
Prezident kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə fərman imzaladı
05 Mart 2026 11:44
“Bu iş hər bir dövlət başçısına nəsib olmur...”
05 Mart 2026 11:37
“Azərbaycan üçün də İranın Körfəz ölkələrini hədəf seçməsi qəbuledilməzdir”
05 Mart 2026 10:36
Böyük güclər arasında nüfuz savaşı.... - Sabit Əzimov yazır
05 Mart 2026 09:28


Bakı -°C

