“Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir...”
“Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Ermənistanla sülhdən sonra Orta Dəhlizin genişləndirilməsi üzərində çalışıldığını və Naxçıvanla birbaşa əlaqənin yaradılacağını bildirib. İran müharibəsi başladıqdan sonra regional geo-siyasi təhdidlərin daha da artması müşahidə edilməkdədir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bölgədəki yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat və eləcə də iqtisadi əlaqələrin yenidən bərpasını daha da aktuallaşdırıb:
“İki ölkə arasındakı münasibətlərdə mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Dəhlizin bir elementi olacaq TRİPP-in inşaatı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geo-siyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Bu həmçinin sülhün iqtisadi dividentləri deməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Mart 2026 10:31
"Bu, Ermənistan və Azərbaycan arasındakı danışıqların sayəsində mümkün olub" - Nazir
13 Mart 2026 10:30
“Beynəlxalq yükdaşımalardan əldə edilən gəlir böyük paya malik olmaqdadır...”
12 Mart 2026 11:31
İstehlakçılar ən çox nədən şikayətçidir?
12 Mart 2026 11:14
"İxracın həcmi artır, belə də davam edəcək" - İlham Əliyev
12 Mart 2026 11:09
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
12 Mart 2026 10:54
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi...”
11 Mart 2026 16:58
"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı
11 Mart 2026 12:55


Bakı -°C

