adalet.az header logo
  • Bakı -°C
31 Mart 2026 10:51
76
SİYASƏT
A- A+

“40 milyon soydaşımızın tükünə ziyan dəyməsin istəmirik...”

“Türkiyə və Azərbaycanda İran rejiminə münasibətə görə ictimaiyyət iki yerə bölünüb. Hər iki qardaş ölkədə müəyyən miqdarda insan İran rejimini tənqid edən insanları "sionist" adlandırmaqdan belə çəkinmir. Həmin mollapərəst insanlar üçün yeni bir xəbər paylaşıram”.

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

“Bu gün İran rejimi dost hesab etdiyi ölkələr - Rusiya, Çin, Hindistan, İraq və Pakistan gəmilərinə istisna tətbiq edərək onların Hörmüz boğazından ödənişsiz keçidinə icazə verib. Siyahıda İran rejiminin daha əvvəl xaincəsinə zərbə endirdiyi Türkiyə və Azərbaycan yer almayıb. Azərbaycan və ya Türkiyənin İran xalqı ilə problemi yoxdur, 40 milyon soydaşımızın tükünə ziyan dəyməsin istəmirik, amma bizi dost hesab etməyən molla rejiminin və çörəyimizi yeyib şərəfsizlərə dəstək olanların bir daha kim olduğunu aşkar şəkildə görürük”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN