“Türkiyəyə düşmən olan ölkə Azərbaycana da düşməndir” – Politoloq
“Türkiyəyə düşmən olan ölkə bizə dost ola bilməz. Türkiyə Ermənistanın Azərbaycana qarşı düşmən və işğalçı siyasətinə görə hələ də bu ölkə ilə sərhədləri açmır. Türkiyə Azərbaycanın qardaş ölkəsidir və biz Türkiyə ilə birgə bir çox uğurlara imza atmışıq. Qarabağ müharibəsində Türkiyə və Pakistan Azərbaycana siyasi dəstək verib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, İsrailin Baş naziri B.Netanyahu cənab R.T.Ərdoğan barədə xoşagəlməz ifadələr işlədir. Hədəfin Türkiyə olacağı İsrail rəsmiləri tərəfindən daima qeyd edilir:
“Türkiyəyə düşmən olan ölkə Azərbaycana da düşməndir. Türkiyə qədər heç bir ölkə bizə dost və yaxın ola bilməz. 1918-ci ildə bizim Cümhuriyyət qurmağımıza kömək edən, daşnak ermənilərin soyqırımından qurtaran türk qardaşlarımız olub. Keçmiş SSRİ vaxtında Türkiyənin diqqəti Azərbaycana olub. İkinci Qarabağ müharibəsində Türkiyə bəzi dövlətləri neytrallaşdırdı. F16 qırıcıları Azərbaycana göndərdi. 2001-ci ildə İranın aqressiyadan bizi müdafiə edən Türkiyə oldu. Bu gün İsrailin Baş naziri və onun hökumət üzvləri qardaş Türkiyəyə qarşı düşməncəsinə hərəkət edir. İsrail başa düşmür ki, Türklər tarix boyu yəhudiləri qoruyub. Onlara şərait yaradıb. Yəhudilər yalnız Türklərin arasında yaşayanda təhlükəsiz olublar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 May 2026 16:23
Prezident tapşırıq verdi - Azərbaycan 100 faiz özünü təmin etməlidir
25 May 2026 16:22
"Hökumətə tapşırıram ki, vəsait tapılsın və..." - Dövlət başçısı
25 May 2026 16:21
"Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır" - İlham Əliyev
25 May 2026 16:20
"Kəndlə şəhər arasındakı fərqlər azaldılmalıdır" - Prezident
25 May 2026 16:20
Dövlət başçısı ölkə üzrə qazlaşmanın səviyyəsini açıqladı
25 May 2026 16:19
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
25 May 2026 16:18
"Azərbaycan dünyada nadir ölkələrdəndir ki..." - Prezident
25 May 2026 16:17


Bakı -°C

