“Bu işdə valideynlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür”
“Bakıda baş verən dəhşətli hadisə hər birimizi ciddi şəkildə düşündürməlidir. Belə ki, 2011-ci il təvəllüdlü məktəblinin üzərinə sinif yoldaşı tərəfindən spirt tökülərək alışqanla yandırılması ilə bağlı məlumat yayılıb. Hadisəni törədən 2010-cu il təvəllüdlü məktəblinin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
O, bildirib ki, bu cür ağır və qəbuledilməz hadisənin məktəb mühitində baş verməsi artıq sadəcə fərdi hal deyil, cəmiyyət olaraq qarşılaşdığımız ciddi problemin göstəricisidir:
“Məktəb yalnız təhsil verilən yer deyil, həm də uşaqların davranışlarının, dəyərlərinin və münasibətlərinin formalaşdığı bir mühitdir. Bu mühitdə belə aqressiyanın ortaya çıxması xüsusi narahatlıq doğurur. Valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Uşaqlarla düzgün ünsiyyət qurmaq, onların psixoloji vəziyyətini anlamaq, aqressiyanın səbəblərini vaxtında müəyyən etmək və qarşısını almaq son dərəcə vacibdir.Bu cür hallar nə normallaşdırıla, nə də diqqətdən kənarda qala bilər. Uşaqlar arasında zorakılığın qarşısının alınması üçün təhsil müəssisələrində psixoloji dəstək mexanizmləri gücləndirilməli, maarifləndirmə işləri daha sistemli şəkildə aparılmalıdır. Unutmamalıyıq ki, bu gün baş verən belə hadisələr sabah daha böyük fəsadlara yol aça bilər. Buna görə də hər birimiz bu məsələyə həssas yanaşmalı və cəmiyyət olaraq düzgün nəticələr çıxarmalıyıq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Aprel 2026 13:06
Bakı metrosuna giriş dayandı - Sərnişinlər təxliyə olunur - YENİLƏNİB
21 Aprel 2026 12:35
Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı yola salındı - YENİLƏNİB
21 Aprel 2026 11:08
PREZİDENT QARABAĞI TİKİR, ƏLİ ƏSƏDOV İSƏ…
21 Aprel 2026 10:54
TƏBİB-in yeni rəhbəri 17 gün əvvəl təyin olunan müşaviri işdən çıxardı - FOTO
21 Aprel 2026 10:16
“Azərsun Holdinq”in dəstəyi ilə “Vikipediya”nın 25 illiyi qeyd olunub - FOTOLAR
21 Aprel 2026 09:24
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək - VİDEO
20 Aprel 2026 19:42
Bu ərazidə təmir-bərpa işləri başa çatdı
20 Aprel 2026 17:52


Bakı -°C

