“Ankara həm real hərbi güc, həm də strateji tərəfdaş kimi Körfəz ölkələrindən...”
“İslam dünyası, Körfəz ölkələri artıq Vaşinqtonun İsrailin aqressiv siyasətinə nəzarət edə biləcəyinə inanmır. Bu etimadsızlıq regionu Türkiyənin, Pakistanın hərbi çəkisi, strateji dəstəyi və Çinin iqtisadi-diplomatik moderatorluğu ilə yeni bir təhlükəsizlik sistemi yaratmağa doğru sürətlə apara bilər.Bu gün Yaxın Şərqdə baş verənlər onilliklərdir davam edən təhlükəsizlik sisteminin köklü şəkildə sarsılmasıdır. Uzun müddət ABŞ-nin "təhlükəsizlik çətiri" altında sığınan Körfəz ölkələri artıq bu çətirin etibarsız olduğunu və daha çox İsrailin maraqlarını qorumaq üçün yaradıldığını düşünməyə başlayıblar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Onun sözlərinə görə, Pakistan hərbçilərinin Səudiyyə Ərəbistanında mənzillənməsi strateji bölgənin tarixində yeni bir səhifə açır:
“Bu, epoxal dəyişikliklərin ilk ciddi əlamətidir. ABŞ-dən başqa regionda yalnız Türkiyənin (Qətərdə) hərbi bazasının olması, Ankara və İslamabadın Körfəz üçün alternativ "müdafiə qalxanı" rolunu ön plana çıxarır. Təl-Əvivin son dövrlərdə nümayiş etdirdiyi real güc nümayişi, aqressiv ambisiyalar və xarici siyasətini getdikcə daha çox dini-ideoloji baxışlar üzərində qurması Körfəz paytaxtlarında həyəcan təbili çalır. İsrailin bu aqressiv ambisiyaları qarşısında Vaşinqtonun tamamilə passiv qalması, hətta İsrailin maraqlarından çıxış etməsi Körfəz ölkələri və İslam dünyası üçün əsas risk amilinə çevrilib. Bu cür yanaşma İranın İsrailə qarşı iddialarının bir hissəsinin artıq haqlı hesab edilməsi ilə əlaqədar tərəf tutanların mövqeyini gücləndirib”.
Politoloq bildirib ki, Körfəz ölkələri, İranın bölgəni yenidən "iqtisadi cəhənnəmə" çevirməsinin qarşısını almaq üçün ABŞ-nin hərbi rametmə siyasətinə deyil, Çinin moderatorluğuna ön plana çıxarmağa başlaya bilərlər:
“Çin regionda sabitliyin təmin edilməsi üçün daha adekvat, ədalətli və iqtisadi mənfəətə dayanan alternativ model təklif edir. Bu model, ticarət yollarının və enerji bazarlarının qorunması üçün qarşılıqlı asılılığı təşviq edir. Türkiyə və Misirin vasitəçiliyi ilə İranla yeni münasibətlər sisteminin qurulması ehtimalı getdikcə güclənir. Ankara həm real hərbi güc, həm də strateji tərəfdaş kimi Körfəz ölkələrindən daha böyük dəstək ala bilər. İslam dünyası Çinlə mərhələ-mərhələ əməkdaşlığı gücləndirməklə, ABŞ-nin İsrail mərkəzli siyasətinin yaratdığı boşluğu doldurmağa çalışa bilər. İndiki halda bütün təhlükəsizlik sistemi ABŞ-yə söykənsə də, iqtisadiyyat və İsrailin aqressiv siyasəti ilə yaranan təhlükələr geosiyasi oriyentirlərini dəyişir. İslam dünyası artıq Vaşinqtonun İsrailin təcavüzkar siyasətinə nəzarət edə biləcəyinə inanmır. Bu etimadsızlıq regionu Türkiyənin, Pakistanın hərbi çəkisi, strateji dəstəyi və Çinin iqtisadi-diplomatik moderatorluğu ilə yeni bir təhlükəsizlik sistemi yaratmağa doğru sürətlə apara bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Aprel 2026 13:18
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verdi - YENİLƏNİB
21 Aprel 2026 12:49
Zahid Oruc: "Palatanın hesabatı çox mühüm sənəddir"
21 Aprel 2026 11:59
Belçika və Niderland parlamentlərinin qətnamələrinə etiraz edildi
21 Aprel 2026 11:47
İranda köhnə ruhani elitası darmadağın olub – Politoloq
21 Aprel 2026 11:28
İslamabadda ABŞ-İran danışıqları baş tutacaq - Politoloq
21 Aprel 2026 11:26
Azərbaycan-Belçika işçi qrupunun fəaliyyəti dayandırılsın - TƏKLİF
21 Aprel 2026 11:19
Tural Gəncəliyev: "Baş verən bəzi hadisələr sülhə ciddi zərbə vurur"
21 Aprel 2026 11:00


Bakı -°C

