Kolbasadan yad cism çıxdı...
Vaxtı ilə Bakının dükan və mağazalarında çox dadlı və keyfiyyətli kolbasa, sosiska satılardı. Və adam onu yeyəndə dadından doymaq bilmirdi. Üstəlik də həmin məhsulları istehsal edən müəssisələrin , istehsalat sahələrinin üzərində ciddi nəzarət var idi.
Hətta bütün mağazalardan Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar həkimləri həmin məhsullardan nümunə götürər, analiz edər və keyfiyyətsiz məhsullar bir neçə saatın içində satışdan cıxarılardı. Amma indi kolbasa və sosiska istesalı sahəsində çox böyük nöqsanlar mövcuddur və həmin nöqanlar da uzun müddətdir ki, aidiyyəti qurumlar tərəfindən aradan qaldırılmır! İndi demək olar ki, əhali də əvvəlki kimi bu məhsulları bir o qədər də almır.
Çünki əksər kolbasalar və sosiskar keyfiyyətli deyil! Bununla yanaşı, mənşəyi bilinməyən və keyfiyyətsiz ətdən bu məhsullar hazırlanır. Bir çox halda həmin məhsulların içərisindən yad cisimlər,hətta siçan quyruğu çıxır. Sosial şəbəkədə belə bir görüntüyə bu günlər rast gəldim.Həmin kolbasanın içindən dəmir qırıntisi çıxmışdı.
Bir çox televiziyalar isə belə keyfiyyətsiz məhsulları reklam edirlər. Məsələn, Zaur və onun xanımı " Kral" kolbasa və sosiskalarını çox bəh- bəhlə reklam edir. Onların nə vecinə, pulların alıb, işlərin görürlər. Görəsən, həqiqətənmi onlar bu kolbasalardan yeyirlər! Nə isə ... Tay camaatı reklamla aldatmaq olmur, çünki insanlar ağzının dadını yaxşı bilir. Kim nə istəyirsə, nə xoşuna gəlirsə, onu da gedib marketlərdən alır!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
23 Avqust 2026 12:48
Xəzərdə qaldırıcı qurğu aşdı - İşçi öldü
23 Avqust 2026 11:41
Qazaxda iki minik avtomobili toqquşub, ölənlər var - YENİLƏNİB
22 Avqust 2026 10:53
Əməkdar jurnalist Nurani vəfat etdi
22 Avqust 2026 09:20
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi
21 Avqust 2026 18:20
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
21 Avqust 2026 15:53
Səhvən sirkə turşusu içdi, xəstəxanalıq old
21 Avqust 2026 13:21
İsmayıllıda toyda 31 nəfər zəhərləndi - YENİLƏNİB
21 Avqust 2026 12:28


Bakı -°C

