“Bütün dünya bilir ki, ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər...”
“Düz 20 il əvvəl-2006-cı ilin mayında mən Avropa Parlamentində Gürcüstan Prezidenti Mixail Saakaşvilinin çıxışına qulaq asırdım. O, Moskvanın regionu qarışdırmaq siyasətindən danışanda Rusiya nümayəndəsi V.Jirinovski yerdən onun sözünü kəsməyə çalışdı. Saakaşvili ona imkan verməyib dedi ki, nə qədər Avropa Parlamentində sizin kimi deputatlar var, bu qurumun qərarları heç vaxt obyektiv olmayacaq”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
O, bildirib ki, indi doğrudan da Avropa Parlamenti o yolu tutub və Azərbaycanın əleyhinə qərəzli qətnamə qəbul etməklə həqiqəti və siyasi reallığı danır:
“Bu qurum Qarabağ ermənilərinin hüquqları barədə qətnamə qəbul etməklə faktiki olaraq həm separatizmi stimullaşdırır, həm də reallığa arxa çevrilmiş olur. Bütün dünya bilir ki, ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər. İkincisi, sual ortaya çıxır ki, əcəba, Avropa Parlamenti nəyə görə Ermənistandan zorla çıxarılmış yarım milyon azərbaycanlının pozulmuş hüquqları barədə heç bir sənəd qəbul etmədi? Nədən bu qurum öz Vətənində zorakılığa məruz qalmış Azərbaycan köçkünlərinin hüquqları haqqında bir kəlmə də danışmırdı? İndi nə baş verdi ki, bu parlament Qarabağ erməniləri üçün göz yaşı tökür? Mənim əsas qənaətim odur ki, heç nə baş verməyib, sadəcə, Avropa parlamenti bu qətnamə ilə bir tərəfdən Rusiyanın dəyirmanına su tökür, digər tərəfdən isə köhnə bayatılar oxumaqda davam edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Noyabr 2026 09:22
Azərbaycan, ABŞ və Ermənistan TRIPP üzrə üçtərəfli işçi qrup yaradıb
06 Noyabr 2026 18:14
"Yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb" - Prezident
06 Noyabr 2026 18:05
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident
06 Noyabr 2026 17:20
Ceyhun Bayramov Li Junhua ilə görüşüb
06 Noyabr 2026 15:39
Sərhədlər bağlıdır, İran heç nə edə bilməz! -Səxavət Məmməd yazır
06 Noyabr 2026 15:08
Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər
06 Noyabr 2026 12:25
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
06 Noyabr 2026 12:15


Bakı -°C

