“İsrail Suriyada İŞİD terror təşkilatını fəallaşdırır”
“Suriyada İŞİD-in yenidən dirçəlməsi və hücumları artırması əsasən ölkədə kürd faktorunu yenidən canlandırmaq və ölkədə siyasi sabitliyin təmin olunmasına imkan verməməkdir. Bu planın arxasında İsrail dayanır. İsrail açıq şəkildə Suriyaya hərbi müdaxilə edə bilmir. Həmçinin Kürd silahlı qruplarının fəaliyyətinin bərpa olunmasına çalışır.İsrail sabit və təhlükəsiz Suriyanın inkişafında maraqlı deyil”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, son aylar Suriyanın öz hərbi potensialını inkişaf etdirməsi, havadan müdafiə sistemləri qurması İsraildə həyəcanla qarşılanır. İsrail Suveyda bölgəsində druziləri silahlandırır. Bundan əlavə, şimal -şərqdə İŞİD silahlandıraraq Suriya hökumət qüvvələrinə qarşı hücumları genişləndirir”.
Politoloq deyib ki, Suriyanın güclənməsi və Türkiyənin burada artan siyasi mövqeyi İsraili narahat edən əsas faktordur:
“İsrail rəsmilər vaxtaşırı Ə.Şaranı İsrailə qarşı əməliyyatlara başlayacağı və Qolan təpələri ilə bağlı tələbələri irəli sürəcəyini qeyd edirlər. Məhz buna görə İsrail üçün Suriya potensial təhlükə kimi qəbul edilir.Qeyd edim ki, İsrailin İŞİD planı kürd silahlılarının yenidən dirçəlişinə gətirib çıxarmayacaq. İsrail şimal -şərqdə kürd və Suveyda bölgəsində Duruzlara muxtariyyətin alınmasında maraqlıdır. Bununla zəif Dəməşq hökumətinə qarşı daima təzyiqlər etsin. Amma , Suriyada Türkiyə Avropa ölkələri Suriyanın parçalanmasına imkan verməyəcəklər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Sentyabr 2026 14:58
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır
16 Sentyabr 2026 13:35
“Erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırırıq”
16 Sentyabr 2026 12:55
Hakan Fidan: "Türkiyə və Azərbaycan iki sabitlik adasıdır"
16 Sentyabr 2026 11:35
Prezident onları təltif etdi - SİYAHI
16 Sentyabr 2026 11:34
İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi
16 Sentyabr 2026 10:42
Zakir Həsənov Belarusun müdafiə naziri ilə görüşdü - VİDEO
16 Sentyabr 2026 10:18
“Türkiyənin təşkilatı gücləndirəcək təkliflər hazırladığını ehtimal etmək olar”
16 Sentyabr 2026 09:41


Bakı -°C

