“İndi isə tarixdə Laçının işğal günü yoxdur, azadlıq günü var”
“Məğlubiyyət keçmiş tarixdir, qalibiyyət indiki Tarixini özü yazır hər xalq. İkinci fikir belədir ki, şəhidləri olan xalqı məğlub adlandırmaq da doğru olmaz. Çünki savaş meydanda gedir və 30 mindən artıq şəxsin, özü də say-seçmə, sağlam və gənc, kişi nəslinin məhvi ilə yarımçıq qalmış prosesin məğlubiyyətinin səbəbkarı xalq ola bilməzdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, çünki şəhidin məğlubu olmur, ikincisi isə məğlub xalqın revanş hissi olmur:
“2020-ci ildə müharibəsinə “Vətən savaşı” adı qoyan xalqın məğlubiyyətlə heç bir əlaqəsi ola bilməzdi. Bax, o tarixin geri dönüşündə yer alan faktiki həqiqətin sosiologiyasını bu gün təqvimə yazılan qırmızıların çoxalması ilə ölçə bilirik. Milli təqvimimiz də yox idi, zəfər təqvimimiz də. Amma indi hər il təkrarlanan milli yaddaşı yeniləyən kalendarda baxıb, uğrunda canını fəda edənlərin bütövləşdirdiyi milli qürur günləri mövcuddur. Maddi şeyin mənəvi mahiyyətini iqtisadçılara tapşıranda “pul - pul gətirir” kimi fayda ilə izah edirlər, biz isə onu qalibiyyət özü ilə qələbələr gətirir tezisinin təsdiqində gördük. Azərbaycan 2020-ci ildən etibarən çıxdığı yolda qətiyyən məğlub olmur, əksinə Qarabağ müharibəsində silahlarla əldə edilən qələbədən sonra diplomatiya ilə qazanılan daha böyük uğurlara səhnə olmağa başlayır... İndi isə tarixdə Laçının işğal günü yoxdur, azadlıq günü var: 1 dekabrda, öz tariximiz, öz hekayəmiz və öz qələbəmiz”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 May 2026 13:32
İran ABŞ strateji mürəkkəb vəziyyətlə üzləşdirib – Politoloq
20 May 2026 10:35
Azərbaycan XİN Milli Günü münasibətilə Kamerunu təbrik edib
20 May 2026 10:19
“Çin Rusiyaya hazır hərbi texnikanın birbaşa ixracını dayandırsa da...”
19 May 2026 20:25
Bakı mədəni irsin qorunması baxımından mühüm mərkəzdir - Hikmət Hacıyev
19 May 2026 19:11
“Azərbaycanın enerji ixrac imkanları daha da genişlənir”
19 May 2026 19:00
Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
19 May 2026 18:40
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan azad edir
19 May 2026 18:15


Bakı -°C

